UEFA-nın Rusiyanın aşağı yaş qrupları üzrə milli komandalarının beynəlxalq yarışlara buraxılması haqda qərarı Polşa, Latviya və İsveç Futbol federasiyalarının etirazına səbəb olub.
Qol.az xəbər verir ki, Latviya Futbol Federasiyası bəyan edib ki, oyunun keçirildiyi yerdən və onların təqdimat formasından asılı olmayaraq rusiya millilərinin iştirak edəcəyi turnirə qatılmayacaqlar.
Polşa Futbol Federasiyasının prezidenti Sezari Kuleşa sosial şəbəkə hesabında bu barədə yazıb: “UEFA İcraiyyə Komitəsinin dünənki bəyanatı məni təəccübləndirdi. Rusiya yığmalarına yarışlarda iştiraka icazə verilsə, bizim komandalar onlarla oynamayacaq. Bu, yeganə düzgün qərardır”.
İsveç Futbol Federasiyasının prezidenti Fredrik Raynfeldt isə yerli mətbuata açıqlamasında bildirib: "Biz rusiyalı futbolçularla heç bir yarışda iştirak etmək niyyətində deyilik. Rusiya komandalarına qarşı mübarizə aparmaq fikrində olmadığımızı bəyan etmişik və bildirməkdə də davam edirik".
Xatırladaq ki, UEFA ötən gün Rusiyanın aşağı yaş qrupları üzrə milli komandalarının neytral statusda - himn və bayraqsız beynəlxalq turnirlərdə iştirakına icazə verildiyini açıqlayıb. UEFA-nın bəyanatında bu qərar belə izah olunub ki, uşaqlar böyüklərin törətdiyi hərəkətlərə görə məsuliyyət daşımamalıdır. Qərar Rusiyanın U-17 millisi də daxil olmaqla bütün aşağı yaş qruplarına şamil olunur
İki günə qırılan rekord
“Milan”dan darmadağın, “Bayer”dən 4 qol
"Trabzonspor"dan qələbə, Zamiqin komandasından heç-heçə
Vüsal İsgəndərlinin komandası xal itirdi
“Beşiktaş”ın hücumçusu qol vurdu, tənqid olundu
İspaniya nəhəngləri “Tottenhem”in ulduzuna göz dikdi
Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - Video
FİFA-nın vitse-prezidentindən İnfantinoya sərt mesaj
"Səbail", "Xankəndi" və "Şimal"dan qələbə
Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü
Elvin Cəfərquliyev fərdi fiziki məşqlərə başlayıb - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Danimarka millisinin sabiq baş məşqçisi vəfat etdi
Rafinya qayıtdı
Lautaro Martines zədələndi
Haaland ÇL-də Messiyə məxsus 2 rekordu yenilədi
İsmail Kartal: "Belə nəticə qəbulolunmazdır"
U-23 minifutbol millimiz dünya çempionatının pley-offunda
20 saniyəyə vurulan penaltinin biabırçı sonluğu - Video
“Sabah”ın futbolçusunun milliyə yolu açılırmı?
Bugünkü oyunları yayımlayacaq kanallar
A seriyası klubunda yeni baş məşqçi
Mourinyo İspaniya Futbol Federasiyasını günahlandırdı
“Neftçi” klubu öz veteranlarına hörmət etmir” – Mircavadov
Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular
ÇL oyunu öncəsi möhtəşəm mənzərə - Şimal şəfəqi