Bu yay "Neftçi"yə transfer olunan macarıstanlı futbolçusu Mark Tamaş ölkəsinin mətbuatına müsahibə verib.
Qol.az xəbər verir ki, 30 yaşlı müdafiəçi "sportal.hu"ya müsahibəsində əvvəlcə Azərbaycan klubuna keçidindən danışıb:
"Neftçi"ni ilk növbədə Adrian Mutuya görə seçdim. Əvvəl "Sepsi"də çıxış edirdim və onun komandası ilə bir neçə dəfə qarşılaşmışam. "Neftçi" ilə yanaşı, Polşanın "Slask" klubundan təklifim var idi, lakin polyakların təklifi rəhbərliyin tələblərinə uyğun deyildi. Ona görə də, həyat yoldaşım, kiçik qızım və iki itimizlə Bakıya köçdük. Klubun potensialı var və həqiqətən də "Qarabağ"ın səviyyəsinə çata bilərik".
Tamaş Bakıda yaşamağın onun üçün xoş olduğunu bildirib: “Şəhərin kənarından ev aldıq, sakit və təmiz yerdir. Uşaq bağçası ingilis dilində olduğu üçün qızımızın uyğunlaşmağında problem yoxdur. Azərbaycan xalqı çox mehribandır. Avropadakı adət-ənənələrdən fərqlilik olsa da, açıq və mehribanlıqdır. Azərbaycan mətbəxi türk mətbəxinə bənzəyir, amma quzu ətini sevmirəm. Klub bizə həftədə bir dəfə adi toyuq və balıq menyusundan yayınmağa imkan verir. Bu, mənə kifayət edir. Bakıda hələ də macar restoranı tapmamışam. Burada yaşayan çox macar tanımıram”.
Mark Tamaş Misli Premyer Liqasının 6-cı turunda "Araz-Naxçıvan"la oyunda iştirak etməməsinin səbəbini də açıqlayıb: "Qaydalara görə eyni anda 4 yerli futbolçu oynamalıdır. Müxtəlif zədələrə görə bu dəfə qaydaya əməl etməyin yeganə yolu mənim kənarda qalmağım idi. Ümid edirəm ki, lider “Zirə”yə qarşı keçirəcəyimiz növbəti görüşdə iştirak edə biləcəyəm. Ümumiyyətlə, Azərbaycan çempionatında eyni gücə malik 4-5 komanda var. Əksəriyyəti qapalı müdafiə olunur və əks-hücumlardan qol vurmağa çalışır”.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı