Avqustun 31-də "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində cavab görüşünə çıxacaq.
Qol.az xəbər verir ki, Ağdam təmsilçisi son Sloveniya çempionu "Olimpiya"nı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:00-da başlanacaq. Qurban Qurbanovun komandası ilk görüşdə 2:0 hesablı qələbə qazandığından onların qrupa düşmək şansı yüksək qiymətləndirilir. Komanda uğursuzluğa məruz qalacağı halda isə Konfrans Liqasının qrupunda yarışmalı olacaq.
Bəs, "Qarabağ" Avropa Liqasının qrupuna düşərsə, orada kimlərlə qarşılaşa bilər?
Qeyd edək ki, yarışda 32 komanda mübarizə aparacaq. Hər birində 4 iştirakçı olmaqla 8 qrup təşkil ediləcək. Qrupun qalibi 1/8 finala birbaşa vəsiqə qazanacaq, 2-ci yeri tutan həmin mərhələdə oynamaq üçün Çempionlar Liqasının 3-cüsü ilə yarışacaq. Avropa Liqasının 3-cüsü isə avrokubokda mübarizəni Konfrans Liqasının pley-off mərhələsindən (1/16 final) davam etdirəcək.
32 klubdan 12-si qrup mərhələsinə birbaşa vəsiqə qazanıb. Digər 20 iştirakçı AL-in ilkin pley-off mərhələsinin qalibi və Çempionlar Liqasının pley-off mərhələsinin məğlubu olacaq.
Artıq Avropa Liqasının qrupunda yarışacaq 19 komandanın adı qətiləşib. Onların sırasında İngiltərənin "Liverpul" klubu da var. Son 13 iştirakçı ÇL-in bugünkü, AL-in isə sabahkı pley-off mərhələsindən sonra müəyyənləşək.
Hazırda qrup mərhələsində oynamaq hüququ olan 19 komanda bunlardır:
Avstriya: "Şturm"
İngiltərə: "Brayton", "Liverpul", "Vest Hem"
İspaniya: "Betis", "Vilyarreal"
Fransa: "Olimpik", "Renn", "Tuluza"
İtaliya: "Atalanta", "Roma"
Almaniya: "Frayburq", "Bayer"
Yunanıstan: "Panatinaikos"
İsrail: "Makkabi" Hayfa
Norveç: "Molde"
Portuqaliya: "Sportinq"
Serbiya: "Baçka-Topola"
İsveçrə: "Servett"
Qrup mərhələsinin püşkatma mərasimi sentyabrın 1-də Monakoda keçiriləcək.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi