"Çox gərgin və emosional oyun oldu. Kənardan baxıb daha dəqiq fikir bildirmək olar. Çox vacib qələbə qazandıq. Önəmli 3 xaldır. Futbolçularıma göstərdikləri əzmkarlığa görə təşəkkür edirəm".
Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 4-ci turunda "Sabah"a qalib gəldikləri (1:0) görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.
"Paltardəyişmə otağında "Qəbələ" ilə oyunu düşünməyə başladıq. Futbolçularım çox güc sərf etdilər. Bilirəm ki, çox yoruldular. Yaxşı bərpa olub növbəti oyunlara hazırlaşmaq lazımdır" - deyə o bildirib.
Mütəxəssisin sözlərinə görə, ötən mövsüm komandad ciddi problemlər var idi: "Heç cür onları həll edə bilmirdik. Mövsümün gedişatında ona zaman olmurdu. Fikirləşirdim ki, avrokuboklara vəsiqə qazanmamaq, bəlkə də, xeyrimizə olacaq. İşləyib yeni mövsümə hazırlaşmağa çoxlu vaxtımız var idi. Həftəiçi itkimiz oldu: İsmayılı itirdik. Müəyyən dəyişikliklərə getdik. “Sabah”ın aparıcı qüvvələrindən biri Letiçdir. Ona görə də sağ cinahda Məqsəddən istifadə etdik. Sol cinahda isə hər şey daha fərqli oldu. Oyundan öncə plan qurursan, amma o, alına da bilər, alınmaya da. Bu gün planımız uğurlu alındı. Bu, bizi sevindirir. Futbolçularıma intizamlı olduqları üçün təşəkkür edirəm. Meydanda qələbə qazanmaqdan ötrü hər şey etdilər".
R.Sadıqov deyib ki, oyunu müdafiədən qurmağı düşünmürdülər: "Erkən qol olduqdan sonra fikirləşdim ki, rəqib böyük qüvvə ilə irəli atılacaq. Rəqibimiz çox güclü komanda idi. Şanssızlıqdan Konfrans Liqasında çıxışlarını dayandırıblar, hətta qrupa belə yüksələ bilərdilər. Onları çox yaxşı tanıyırıq. “Sabah” qol vursaydı, hər şey fərqli olacaqdı. Əsas məqsədimiz pressinq tətbiq etmək idi. Bilirdik ki, rəqibin usta oyunçuları var. Onlara meydanda boşluq versək, qarşısıalınmaz olunacaq. Futbolçularımın çıxışından razıyam. Hər iki komandanın təhlükəli hücumları var idi. Hər şey yaşana bilərdi.
O, 14 futbolçunun klubdan ayrıldığını xatırladıb: " Gələnlərin sayı o qədər deyil. 5-6 futbolçu transfer etmişik. Mövsümə uğurlu başlamışıq. Daha da çox çalışmalıyıq. Rəqiblər də bizə qarşı fərqli yollar seçəcəklər.
Futbolçularım eyforiyaya qapılmayıblar. Əksinə, istəklidirlər. Belə bir şey hiss etsəm, oyunçularla aramda ciddi problem olacaq. İstər qələbə, istər məğlubiyyət olsun, biz ən yaxşı formada oynamağa çalışmalıyıq. Bu təfəkkürlə komanda inkişaf edə bilər. Söhbət qələbədən getmir. Mental olaraq işimizə doğru yanaşsaq, heç bir problem olmayacaq.
Aqressiv futbolçuları sevirəm. Həddi aşanda müdaxilə edirəm. Məqsəd İsayevin aqressivliyini oyunun içində hiss etmədim. Aşırı şəkildə varsa, mütləq müdaxilə etməliyik. Gələn oyunlarda bizə problem yaradar".
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Çempionlar Liqasında məşqçi kimi debüt
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
"Fənərbaxça" "Liverpul"a qarşı - ÇL-də daha 9 oyun
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi