"Qələbəyə baxmayaraq, o qədər də sevinmirəm. Bu oyun Şəhriyar Rəhimovun ruhu üçün idi. Bu qələbəni onun ruhuna həsr etdik. O, komandanın formalaşmasında böyük rol oynayıb, legionerlərin bura gəlməsi üçün bəlkə 300-dən çox oyun izləyib. Ruhu şad olsun, nur içində yatsın".
Qol.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 4-cü turunda "Turan Tovuz"a qarşı keçirilən oyundan sonra deyib.
Mütəxəssis komandasının 3:1 hesablı qələbəsini belə şərh edib: "Turan Tovuz" güclü və taktiki cəhətdən ağıllı oynayan komandadır. Rəqibi təhlil etmişdik. Mərkəzdə top saxlayıb kənarlardan hücumlar qurmağa çalışdıq. Futbolçulara təşəkkür edirəm. Başlanğıcdayıq, əsas heyətdə birdən-birə 9 futbolçu dəyişib. Oyundan-oyuna xətlər arasında əlaqə daha yaxşı olacaq".
O, erkən qolun komandanın oyununa müsbət təsir etdiyini deyib: "Əslində, tam başqa şey fikirləşmişdim. İlk hissədə daha çox güc sərf edib ikinci hissədə taktiki cəhətdən doğru oynamaq istəyirdik. Qol yaxşı vaxtda oldu".
Diniyev Ağabala Ramazanovun ehtiyatda qalmasının səbəbini belə izah edib: "Bu, oyunun bir hissəsidir. Qomisi də start heyətdə buraxmaq istəmirdim. Onlar driblinq edən, fərdi olaraq yaxşı keyfiyətlərə malik futbolçulardır. İstəyirdim ki, ikinci hissədə Ağabaladan yararlanım".
Şahin Diniyev Şəhriyar Rəhimovla son xatirəsini də bölüşüb: "Türkiyəyə getmədən öncə mənə dedi ki, Şahin müəllim, mən işimi bitirdim. Legionerlərin transferi ilə məşğul olurdu. Ona demişdim ki, yanvardan sonra işinə qayıdarsan".
O, dəfn mərasimində iştirak etmək məqsədilə bu oyunu təxirə salınması üçün PFL-ə müraciət edilib-edilməməsi haqda sualı belə cavablabdırıb: "Klub rəhbərliyi orada iştirak edib. Dünəndən Tovuzdayıq. Biz sabah yasda iştirak edəcəyik. Onu unutmayacağıq. Şəhriyarın ailəsi bizim ailəmiz, balaları bizim balalarımızdır".
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Çempionlar Liqasında məşqçi kimi debüt
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
"Fənərbaxça" "Liverpul"a qarşı - ÇL-də daha 9 oyun
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi