“İki fərqli hissə izlədik. Birinci hissədə boşluqlar verdik, xüsusilə də yarımmüdafiə xətti tapşırıqları tam şəkildə yerinə yetirə bilmədi. İkinci hissədə isə çoxsaylı qol epizodlarımız oldu. Həm cinahlardan, həm də orta xətdən məhsuldar ötürmələr etdik. Məncə, bu gün “Sumqayıt” 1 xal qazandı".
Qol.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 4-cü turundə "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"İkinci hissədə tam fərqli oyun nümayiş etdirdik. Halbuki həmin oyunu fasiləyə qədər də göstərməli idik. Birinci hissədə edə bilməməyimizin səbəbi oyunçuların rəqibin epizodik açılmalarını tam izləyə bilməməsi idi. Elə olurdu ki, bir hücumçunu 2 oyunçumuz tuturdu. Tapşırığımız isə bu idir ki, müdafiəçilər birəbir oynasınlar. Rəqib hücumçunun mərkəzə açılması futbolçularımızı yanıldırdı. Bunu ikinci hissədə etdik və bəhrəsini gördük. Premyer Liqada keçirdiyimiz 4 oyun ərzində ən zəif hissəni oynadıq" - deyə o bildirib.
Mütəxəssis komandanın çatışmayan cəhətlərinin olduğunu vurğulayıb: "Çempionata ən gec qoşulan komandayıq. Transfer məsələsinə gəldikdə, yeni hücumameyilli oyunçunun keçidi gözlənilir. Səhv etmək istəmirik. Heyətimizdə oyunçu sayı azdır. Buna görə də rotasiyalar etməyə məcburuq”.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video