"Keçmişdə nə etdiyimiz vacib deyil. Gələcəyə baxacağıq. İlk oyunda yaxşı çıxış etmişdik. İlk 75 dəqiqədə üstün idik, sonra nəzarəti rəqibə verdik. Bu dəfə də oyuna yaxşı başladıq. Amma hücumda çox təsirli olmadıq".
Qol.az xəbər verir ki. bu sözləri "Beşiktaş"ın baş məşqçisi Şenol Güneş Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi"yə qalib gəldikləri cavab oyunundan (2:1, ilk matç - 3:1) sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis "Neftçi" ilə "Beşiktaş" arasında səviyyə fərqinin olduğunu deyib: "Daha çox qol şansı qazana bilərdik. “Neftçi”nin hücumunda isə qol buraxdıq. İkinci hissədə oyun və hesab baxımından üstünlük bizdə idi. Sonda qalib gəldik. Azarkeşlərin dəstəyi, futbolçuların isə istəyi önəmlidir. “Neftçi”nin orta sahə və hücum xətti icazə verildiyi zaman yaxşı oynayır, texnikalı futbolçulardır. Bu gün üstün olmağımızı normal qarşılayıram. Çünki aradan səviyyə fərqi var".
Ş.Güneş “Neftçi”nin heyətindəki bəzi oyunçuları fərqləndirib: “Filip Ozobiç yaxşı futbolçudur. Bu gün gözləniləndən zəif oynadı. Kilan Lebon texnikalı futbolçudur. Kenni Sayef də yaxşıdır. Emin Mahmudov uzun müddətdir Azərbaycan yığmasında çıxış edir, çox səviyyəli futbolçudur. Bildiyim qədərilə Azərbaycanda futbolçular az pul alırlar. Bizə gəlsələr, çox pul istəyərlər. Pulsuz gələni də biz almırıq”.
Təcrübəli mütəxəssis onu da qeyd edib ki, Azərbaycan klubları əcnəbi transferlərə daha çox üstünlük verir: “Qarabağ”, “Sabah” və “Neftçi” iddialı komandalardır. Azərbaycanda istedadlı futbolçular var, izlədiyim zaman görürəm. Komanda daxilində uyğunlaşma yaxşı olarsa, daha uğurlu nəticələr əldə edərlər. Azərbaycanda klublar çox transferlər edirlər. Son vaxtlar “Neftçi” daha çox oyunçu alır. Azərbaycan təmsilçiləri, xüsusən də, əcnəbilərə üstünlük verirlər. Bu, Azərbaycan millisinin zəifləməsinə səbəb ola bilər”.
Ramiq Ağaməmmədov, İstanbul.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi