"Çətin qarşılaşma oldu. Güclü rəqibə qarşı çıxış edirdik. Sona qədər oyunda qalmaq üçün çalışdıq. İlk hissədə "Beşiktaş" bizdən üstün idi. İkinci hissədə biz daha yaxşı oynadıq, rəqib qapısı önündə çox qol epizodu yaratdıq. Bir az bəxtimiz gətirsəydi, ikinci qolu da vurmuş olardıq. Buraxdığımız üçüncü qolu "Beşiktaş"a hədiyyə etdik. Hamı gördü ki, Ervin Koffinin səhvi oldu”.
Qol.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Adrian Mutu Konfrans Liqasında “Beşiktaş”a 1:3 hesabı ilə uduzduqları ilk matçdan sonra deyib.
Rumıniyalı mütəxəssis start heyətində səhvə yol verməsi fikri ilə razılaşmayıb: “Deməzdim ki, start heyətində yanılmışdım. Əlimdəki oyunçulara uyğun heyət qurmuşdum. Aaron Olanare komandaya dünən qoşulub və bu gün meydana çıxdı. Ervin Koffi zədəli oldu, son üç gündür ki, bizimlə məşq edir. Eddi İsrafilov, Ömər Buludov zədəlidir. Əlimdə olan oyunçulardan kim daha yaxşı formadaydısa, onlara şans verməyə çalışdım. Bu cür rəqiblərə qarşı oynayanda, daha çox qaçmalı olursan ki, oyundan qopmayasan. Məqsədlərimizdən biri də o idi ki, yeni oyunçuları ikinci hissədə meydana buraxım. Ən yaxşı məşq oyundur”.
Səfər matçında nəyəsə ümid etmələri barədə sualı Mutu belə cavablandırıb: “Cavab oyununa bir həftə var. İndidən nəsə demək çətindir. Yeni komanda formalaşdırırıq. Bu gün gördüyünüz heyət qurmaq istədiyim komandanın 30 faizidir. Çalışırıq ki, oyunçular transfer edək. Gələnləri də yaxşı fiziki duruma çatdıraq. Qarşıdakı matçlarda seçimlərimizdə diqqətli olmalıyıq. Çünki üç gündən bir oynamaq komandaya ziyan da verə bilər. Oyunçuların zədələnmək ehtimalı olur. Bizim üçün İstanbuldakı matç çox vacibdir. İstanbula qələbə üçün gedəcəyik”.
“Neftçi”nin baş məşqçisi stadionda "Beşiktaş"ı dəstəkləyən azarkeşlər çox olmasına belə münasibət bildirib: “Beşiktaş” azarkeşlərini deyil, "Neftçi" azarkeşlərini eşidirdim. İkinci hissədə oyunçularımın çıxışı çox xoşum gəldi, sona qədər oynadılar, mübarizə apardılar, razı qaldım”.
O, Azər Salahlının ilk hissədə çox səhvə yol verməsi fikri ilə razılaşıb: “Düzgün vurğuladız, rəqib sol cinahdan hücumlar edirdi. Biz də bunu görüb dəyişiklik etdik. Bu da komandanın xeyrinə oldu. Kenni həmin mövqedə çox yaxşı çıxış etdi. Emini də məcburən daha arxaya çəkməli olduq ki, keyfiyyətindən istifadə edək. Fərid Yusifli də ilk hissə pis oynamadı, hələ gəncdir, təcrübəsizdir. Ola bilsin ki, oyunboyu emosiyalara qapılmışdı. Olanareni oyuna buraxmaqla bir az riskə də getdim. Amma o mövqeyə elə oyunçu lazım idi ki, gələn topları saxlasın, itirməyək. Hər zaman qələbə qazanmaq istəyirəm. İstəməzdim ki, uduzaq. Ancaq qarşıdakı matçları da düşünməliyik. Qarşımıza böyük məqsədlər qoyulub. İndi fikirləşmək lazımdır ki, qarşıdakı oyunlara necə hazırlaşaq”.
A.Mutu müdafiədəki səhvlərdən də söz açıb: “Üçüncü qol haqda danışmalı deyilik. Bu səhvi hamı gördü. Deyim ki, futbolçular bütün oyun boyu səhvsiz oynayacaq, düz olmaz. Çünki qarşımızda "Beşiktaş" kimi rəqib var idi. Bəzən elə məqamlar var ki, qarşıdakı rəqibin gücünü qəbul etməlisən. Bu axşam qolları analiz edəcəm. Müdafiədə boşluqlar verdik, onların üzərində işləyəcəyik. Rəqib onlardan istifadə edib fərqləndi”.
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi
30 il sonra...
"Qalatasaray" "Fənərbaxça"nı belə məğlub etdi - Video
“Özümü sübut etmək üçün mənə vaxt verilmədi” - Juninyo
Harri Keyn "Tottenhem"ə təşəkkür etdi
İstanbul derbisində futbolçular arasında dava düşdü - Video
“Qızıl top”un yekun sıralaması
"Qızıl top"un qalibi açıqlandı
Putelyasdan tarixi uğur – Üçüncü “Qızıl top”
İlin ən yaxşı hücumçusu odur
PSJ ilin klubu seçildi
De la Fuente ilin ən yaxşı baş məşqçisi oldu
İlin ən yaxşı gənc futbolçusu seçildi
İstabul derbisini "Qalatasaray" qazandı
“Qızıl top”un təqdimetmə mərasimi gecikdi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video