"Beşiktaş", HİK və "Partizan" nə vaxt gəlir?

"Beşiktaş", HİK və "Partizan" nə vaxt gəlir?
XƏBƏR 8 Avqust 2023 / 12:25 2776
-  A +

Avropa kuboklarının üçüncü təsnifat mərhələsində Azərbaycan klublarının rəqiblərinin Bakıya səfər vaxtı müəyyənləşib.

Qol.az xəbər verir ki, Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan HİK (Finlandiya) Bakıya sabah gələcək. 

Konfrans Liqasında "Neftçi"nin rəqibi olan "Beşiktaş" (Türkiyə) və "Sabah"ın rəqibi "Partizan" (Serbiya) da Azərbaycan paytaxtına sabah yollanacaq.  

Azarkeşlərin ən çox maraqla gözlədikləri "Beşiktaş" Bakıda "Fairmont" otelində qalacaq. HİK "Boulevard" oteli, "Partizan" isə "Hilton"u seçib. .

Hər üç komanda avqustun 9-da axşam oyunun keçiriləcəyi arenalarda məşqə çıxacaqlar.

Xatırladaq ki, Azərbaycanın üç klubunun iştirakı ilə ilk oyunlar avqustun 10-da keçiriləcək. "Qarabağ" - HİK və "Sabah" - "Partizan" görüşləri saat 20:00-da, "Neftçi" - "Beşiktaş" oyunu isə saat 21:00-da başlanacaq.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner