Azərbaycan Premyer Liqası bu mövsüm də “Misli”nin sponsorluğu ilə keçiriləcək.
Qol.az xəbər verir ki, Peşəkar Futbol Liqası ilə Azərbaycanın qanuni idman mərc oyunları operatoru “Misli” arasında titul sponsorluğuna dair müqavilənin müddəti uzadılıb. Razılığa əsasən, 2023/2024-cü illər mövsümündə də “Misli” Azərbaycan Premyer Liqasının əsas sponsoru olacaq və ölkə çempionatı “Misli Premyer Liqası” adlanacaq. Tərəflər arasında müqavilə rəsmilərin iştirakı ilə keçirilən tədbirdə imzalanıb.
“Misli” ilə əməkdaşlığın ölkə futbolunun inkişafına müsbət təsirindən danışan AFFA prezidenti Rövnəq Abdullayev çempionatda klub sayının artması ilə rəqabətin artdığını, bunun isə öz növbəsində daha maraqlı mübarizəyə şərait yaratdığını xüsusi vurğulayıb.
Mərasimdə çıxış edən “Demirören Holding”in İdarə Heyətinin sədri Yıldırım Demirören “Misli”nin ölkədə aparılan idman siyasətinə, xüsusilə dünyada ən çox sevilən idman növlərindən futbolun inkişafına dəstək olduğunu qeyd edib. O, Peşəkar Futbol Liqası ilə əməkdaşlığın uğurla davam edəcəyinə, həmçinin ölkə futboluna, regionlarda futbolun inkişafına, istedadlı gənc oyunçuların yetişməsinə müsbət töhfələr verəcəyinə inamını ifadə edib.
Qeyd edək ki, Misli Premyer Liqası avqustun 4-də start götürəcək.
Yuxarı
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı