"Neftçi" ilə cavab oyununu da buraxacaq

"Neftçi" ilə cavab oyununu da buraxacaq
XƏBƏR 31 İyul 2023 / 14:22 2169
-  A +

"Jelezniçar”ın (Bosniya və Herseqovina) daha bir futbolçusu Konfrans Liqasının 2-cə təsnifat mərhələsində “Neftçi”yə qarşı cavab oyununu buraxacaq.

Qol.az sportsport.ba-ya istinadən xəbər verir ki, yarımmüdafiəçi Semir Ştiliç zədə səbəbindən meydana çıxa bilməyəcək. O, ilk matçı da buraxmışdı.

Daha əvvəl isə müdafiəçi Amar Drinanın cəzalı səbəbindən cavab oyununda iştirak etməyəcəyiaçıqlanmışdı. Əvəzində yarımmüdafiəçi Edin Rustemoviç sıraya dönüb. Digər zədəlilər İrfan Yaşareviç və Cozef Amoanın iştirakı isə sual altındadır.

Qeyd edək ki, avqustun 3-də "Bakcell Arena"da keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq. İlk matç 2:2 hesabı ilə başa çatıb.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner