Misli Premyer Liqasının 2022/23 mövsümünə yekun vuruldu. "Qarabağ"ın çempionluq qazandığı turnirin sonuncusu "Şamaxı" oldu.
Daha əvvəl AFFA rəhbərliyi əvvəlki son illərdən fərqli olaraq bu mövsüm axırıncı yeri tutan komandanın Premyer Liqanı tərk edəcəyini açıqlayıb. Qurum artıq "Araz-Naxçıvan" və "Zaqatala"ya Premyer Liqada iştirak üçün lisenziya verib. Lakin onlardan yalnız birinin ölkənin əsas çempionatında mübarizə aparacağı, növbəti mövsüm də 10 komandalı turnirin keçiriləcəyi gözlənilir.
Bu məsələ ilə bağlı Qol.az saytı futbol mütəxəssislərinin fikirlərini öyrənib.
AFFA-nın Məşqçilər Komitəsinin üzvü, Əməkdar məşqçi Ağasəlim Mircavadov saytımıza açıqlamasında bildirib ki, futbolun inkişafını təmin etmək üçün "Şamaxı"nın elitada qalması və komandaların sayının 12-yə yüksəldilməsi vacibdir: "Mən istəyərdim ki, "Şamaxı" Premyer Liqada qalsın. 12 komandalı çempionat keçirilsin. Bilirsiniz, "Keşlə" adını dəyişib "Şamaxı" oladan sonra əvvəlki komandanın futbolçularının heç 1/3-i "Şamaxı"da qalmadı. Oradakı cavan məşqçilər yenidən futbolçu seçdilər. Bu, çox yaxşı haldır ki, "Şamaxı"da yerli oyunçular çıxış etdi. Hətta bir neçə futbolçu tanıyıram ki, onlar U-21-də də oynayıblar, hətta İslam Həmrəyliyi Oyunlarının qalibi olublar. Bəzi futbolçuları itirmişdik, geri qayıtdılar. Yerli futbolçularımızı itirməmək üçün komandaların sayını artırmalııq. "Şamaxı" akademiyası yenidən qurulur. Yarısı Bakıdadır, yarısı Şamaxıda. Orada stadion tikdilər. Şamaxının icra başçısı çox işlər gördü. O, həm maliyyə tərəfdən kömək etdi, həm də diqqət göstərdi. Mən idman prinsiplərinin tərəfini tutmuşam. Amma yaddan çıxarmayaq ki, idman prinsipi əvvəllər də var idi, sonra olmadı. İnkişaf məsələsi var. Komanda dağıla bilər. "Şamaxı" 1-ci Diviziona düşsə, futbolçuların yarısı gedəcək. Heç kim aşağı maaşla oynamaq istəmir. İdman prinsipləri məsələsini heç olmasa, bir neçə il dondurmaqla aşağıda olan komandalarımızı inkişaf etdirməliyik. Çempionatı, infrastrukturu, azarkeş problemlərini həll etdikdən sonra idman prinsiplərinə əsaslanmaq olar".
Digər futbol mütəxəssisi Bəxtiyar Musayev isə Qol.az-a bildirib ki, komada sayını artırmaq adına idman prinsiplərini tapdamaq olar: "Şamaxı"nın getməsi heç yaxşı olmaz. Orada çıxış edənlər bizim balalarımız, qardaşlarımızdır. Komandanın çox maraqlı oyunları da oldu. "Şamaxı" mübariz komandadır. Maraqlı taktiki gedişləri var idi, məşqçi işi də özünü göstərirdi. Heç istəməzdim ki, "Şamaxı" Premyer Liqanı tərk etsin. Sonuncu dövrədə onlarda təcrübə çatışmadı. Elə matçlar var ki, orada sırf təcrübəli futbolçular qazanırlar. Legioner də lazım idi. Bizdə o qədər yerli futbolçu yoxdur ki, rəqabətədavamlı komandalarımız olsun. O biri komandaların ehtiyac duymadığı futbolçular "Şamaxı"da toplanmışdı. "Şamaxı"da daha təcrübəli futbolçuların sayı çox olsaydı, bəlkə də fərqli nəticə olardı. Bəzən idman prinsiplərindən danışırlar. İdman prinsipini bu yerdə tətbiq etmək lazım deyil. Federasiyada o qədər idman prinsiplərinə zidd qərarlar verilib ki, futbolumuzu da o lazımsız qərarlarla uçuruma aparıblar. Guya hər şey düzdür, bircə "Şamaxı"nın Premyer Liqada qalması idman prinsipini pozacaq. Təki belə şeylərə görə idman prinsipləri pozulsun. O komanda da heyifdir, futbolçular da, məşqçilər də əziyyət çəkiblər. Komandaların sayı 12-yə yüksəlsə, daha yaxşı olar".
Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasında yeni mövsümdə Azərbaycan Premyer Liqasında neçə komandanın iştirak edəcəyi ilə bağlı qəti qərar veriləcək.
Nur Zeynalova
Baş məşqçiyə görə klubdan getməyə hazırlaşır
“Qarabağ” - “Sabah” oyununun hakimləri bilindi
Superliqanın ən məhsuldar transferləri bəlli oldu
"Tottenhem" İqor Tudorla sağollaşır?
"Everton" sabiq futbolçusunu geri qaytara bilər
PSJ-dən "Barselona"ya keçə bilər
"Öz oyun planımızı rəqibə qəbul etdirməliyik"
"Arsenal" azarkeşlərinin səfər xərclərini ödəyəcək
Rusiya millisi ilə oynamaqdan imtina etdilər
Xavi millinin baş məşqçisi ola bilər
UEFA "Benfika"nın şikayətini rədd etdi
"Şəfa"dan 8 qollu qələbə - Video
Premyer Liqa klubları cərimələndi
Misli Premyer Liqasında 18 oyunun vaxtı açıqlandı
Sabir Allahquliyevdən 150-ci oyunda 70-ci qol
Mövsümün matçına hazırsınız? - Video
Caner Erkin intizamsızlığına görə klubdan göndərildi
Azərbaycan millisi Moldovaya qalib gəldi
Azərbaycan idmançılarının Olimpiya medalları dəyişdirilir
"Şəfa"dan qol yağışı
Ançelotti Neymarı milliyə çağırmaqdan imtina etdi
Yerli oyunçularla ÇL-də 1/8 finala - Avropada şimal küləyi
Azərbaycan klubu ev oyunlarını bu stadionda keçirəcək
1-ci liqada 15 oyunun vaxtı məlum oldu
Gün gələcək, "Qarabağ" onları çırpacaq...
Türkiyə klubunun yeni baş məşqçisi açıqlandı
Azərbaycan cüdoçuları Avropa kubokunda
AFFA nümayəndələri UEFA-nın seminarında
"Bodo-Qlimt"in baş məşqçisi sensasiyadan danışdı
Azərbaycandan 4 klub o siyahıdadır - Son 5 ilin reytinqi
Azərbaycanlı Zidan erməniyə qalib gəldi
Bugünkü avrokubok oyunlarını yayımlayacaq kanallar
ÇL tarixində ilk - 6 ingilis klubu 1/8 finalda
Kamilo Duran bunu bacaran 2-ci kolumbiyalı oldu
"İmişli" kolumbiyalı futbolçu transfer etdi - Rəsmi
Azərbaycan çempionatında 250-ci avtoqol
UEFA “Qarabağ”lının qol ötürməsini fərqləndirdi - Video
"İnter"in baş məşqçisi "Bodo-Qlimt"ə məğlubiyyətdən danışdı
Milanda sensasiya - Video
"Qarabağ"ın ÇL-dəki vida oyunu - Video
Zubir: "Əsl "Qarabağ"ı göstərmək istədik"