Medianın İnkişafı Agentliyinin layihəsi
Azərbaycanın bölgələrində insanların futbola maraq göstərməsi hər zaman aktual bir mövzu olub. Birinci divizion təmsilçisi "İmişli"nin ev oyunlarını İmişli şəhər stadionunda keçirməsinə icazə verildikdən sonra bu mövzu yenidən gündəmə gəldi.
"İmişli"nin doğma meydandakı 3 ev oyunu ümumilikdə 11 min 300 tamaşaçı izləyib. Premyer Liqanın əksər matçlarının Bakıda - milyonlarla insanın yaşadığı paytaxtda keçirildiyi halda arenalara 2-3 mindən çox azarkeş toplanmadığını düşünəndə "İmişli"nin bu qədər fanat ordusunu bölgədə bir araya gətirməsinə heyrətlənməmək mümkün deyil. Bəs niyə bölgələrimizdə futbola yalnız azarkeşlər maraq göstərir. Nə üçün futbol üçün bu cür alışıb-yanan azarkeşlər varkən heç kim orada bu idman növünü inkişaf etdirməyə səy göstərmir? Niyə Premyer Liqamızda mübarizə aparan 10 komandadan cəmi 5-i bölgələrimizi təmsil edir? Hələ nəzərə alaq ki, "Qarabağ" da məlum səbəblərdən paytaxtda məskunlaşıb.
Məsələyə münasibət bildirməsi üçün AFFA-nın Məşqçilər Komitəsinin üzvü, Əməkdar məşqçi Ağasəlim Mircavadovla əlaqə saxladıq.
Təcrübəli mütəxəssis Azərbaycanın bölgələrində əzəldən futbola maraq olduğunu bildirdi: "SSRİ dönəmmindən bəri mən bu haqda danışıram. Mən özüm də "Neftçi"nin heyətində bölgələrə gedirdim, yoldaşlıq oyunlarında iştirak edirdim. Böyük anşlaq olurdu. O vaxt Azərbaycan birinciliyi var idi. Amma o vaxt heç stadionlar da yaxşı vəziyyətdə deyildi. Mən ömrümün böyük hissəsini bölgələrdə keçirmişəm. Şəmkirdə 5, Lənkəranda 3 il işləmişəm. Bilirsiniz, bölgələrdə futbolu həddindən artıq sevirlər. Hətta elə günlər var idi ki, mən Lənkəranda səhər məşq keçirəndə stadiona 2-3 min adam gəlirdi. Məşqimiz ehtiyat meydançada olurdu. Amma mən əsas meydançada məşq keçirirdim ki, azarkeşlər rahat əyləşsinlər, izləsinlər. Bəzi tanışlar da var idi. Onlara deyirdim ki, işinizə gedin də. axşam gələrsiniz, oyuna baxarsınız. Mənə deyirdilər ki, elə işimiz budur, biz futbolla nəfəs alırıq. Yəni, bu sözdə doğrudan da böyük həqiqət var idi. "Xəzər Lənkəran"ın keçmiş oyunlarına baxsanız, hər şeyi görəcəksiniz. Stadionun 14 min 500 nəfərlik azarkeş tutumu var idi. Bütün tribunalar dolurdu. Bölgələrimizdə futbola maraq həmişə olub".

Ağasəlim Mircavadov
A.Mircavadov bölgələrdə futbolu inkişaf etdirmək üçün AFFA Məşqçilər Komitəsinin Region Liqasının yaradılması üçün təşəbbüs göstərdiyini də deyib: "Biz Məşqçilər Komitəsi olaraq bölgələrlə bağlı çox böyük layihələr vermişik. Məsələn, Region Liqasının yaradılması ideyasını biz vermişik. Özümüz də gedib oyunlara baxmışıq. Stadionlar dolur".
Mircavadov qeyd edib ki, regionlarımızda rayonların icra başçıları futbola xüsusi diqqət göstərməlidir: "Bir dənə əsas məsələ var ki, bölgələrimizdə stadionların meydanları o qədər də yaxşı vəziyyətdə deyil. İcra başçısı futbolla maraqlanmalıdır, komandalara dəstək olmalıdır. Şamaxı şəhərinin icra başçısı oyunlara gəlir. Əsas amillərdən biri də budur. Klubların stadionları təmir etməyə gücü, büdcəsi çatmır. “Kəpəz"in stadionu görün nə vəziyyətdədir. Mən o stadionda vaxtilə çox oyun keçirmişəm. Oraya 25 min insan yığılırdı. Bakıdakı oyunlara 25 min nəfər azarkeş gəlir? Xeyr. Stadionların tikilməsi tək AFFA-nın işi deyil. Bölgələrdə futbolun inkişaf etməsi, komandaların Premyer Liqada oynaması üçün sponsor lazımdır. Mingəçevir Azərbaycanın ən gözəl, təmiz şəhərlərindən biridir. Amma hal-hazırda orada futbola diqqət yoxdur. Vaxtilə orada çox sayda futbolçu yetişirdi".
A.Mircavadovun sözlərinə görə, bölgələrdə futbolun inkişaf etməsi üçün dövlət proqramı hazırlanmalıdır: "Hər şeyi kompleks şəkildə etməliyik. Ümumilikdə dövlət proqramı lazımdır. Bu, futbol klubunun işi deyil. AFFA isə kömək edə bilər. Şamaxıda stadionun tikilməsi üçün AFFA 1 manat da vermədi. UEFA-nın bir komissiyası var, onlara müraciət olunmuşdu. Həmin komissiya maliyyə ayırdı, Şamaxıda stadion tikildi. İndi görürsünüz ki, "Şamaxı" öz oyununu orada keçirir, həmişə də azarkeşlər gəlir. Əgər futbolumuzun inkişaf etməyini istəyiriksə, bölgələrə diqqət ayırmalıyıq. Söz deməməliyik, iş görməliyik. Əgər sadəcə sözlə nəsə etsək, heç nə, o iş düzəlməyəcək. İş görmək lazımdır. Məncə, əvvəlcə icra başçısı idmana, futbola böyük diqqət ayırmalıdır. Bu olsa, çox iş görmək olar. Sponsor da tapılar. Bir də ki, stadionu qorumaq lazımdır. Bu da klubun işidir. Çünki stadion klubun nəzdindədir. Meydan sulanmalıdır, diqqət yetirilməlidir. Bu qayda belədir".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Konfrans Liqasının ilk yarımfinalçısı müəyyənləşdi
"Çelsi" Kaysedonun müqaviləsini yeniləyir
“Mingəçevir”in qələbəsindən - Video
"Barselona" yenidən UEFA-ya şikayət etdi
"Marsel"ə baha başa gəldi
"Real" komandada balansı qoruyacaq məşqçi axtarışında
Messi klub sahibi oldu
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
1-ci liqa: "Mingəçevir" 2-ci pilləyə yüksəldi
Misli Premyer Liqasında 6 oyunun saatı məlum oldu
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
"Bu, bəlkə də ədalətsizlikdir"
Azarkeşlər meydana axışdı, yaralananlar var - Video
"Liverpul"da qalacaq
Azərbaycan Avropa çempionatında ilk medalını qazandı
"Mançester Siti"də Bernardo Silva dövrünün sonu - Rəsmi
2-ci liqada 12 oyunun vaxtı açıqlandı
Millinin qızları azarkeşlərlə görüşdülər - Şəkillər
Azərbaycan millisinin oyununu bu xanım idarə edəcək
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
42 yaşında karyerasını bitirdi
Fransa millisinə şok zərbə - DÇ-2026-nı buraxacaq
"Çelsi" Uortona göz dikdi
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı
Arda Güler üzr istədi
"Real"ın tarixində ilk dəfə
Azərbaycanın 16 yaşlı pilotu Portuqaliyada qalib oldu
Mbappe ÇL tarixində ilkə imza atdı
Simeonenin ürəyinin az qala dayanacağı o an… - Video
"Real" Arbeloanı qova bilər
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
“Bavariya”da futbolçular yox, baş məşqçi cəzalı duruma düşdü
Çempionlar Liqasında yarımfinalın cədvəli açıqlandı
ÇL-də son yarımfinalçılar müəyyənləşdi
Millinin futbolçuları azarkeşlərlə görüşəcəklər
Arda Güler tarix yazır
Mayami şirkəti Lionel Messini məhkəməyə verdi
"Barselona" həm də antirekordla yadda qaldı
PSJ-nin zədəli futbolçularından xəbər var
Yamal, Yıldız, Emeri ...
"Çelsi" onu göndərməyə hazırlaşır
Rafinya "Atletiko" azarkeşlərindən üzr istədi
Çempionlar Liqasının yarımfinal matçını buraxa bilərlər
Hakimə etirazına görə cəzalandırıldı