“Neftçi”nin bu durumu bir bəladır. Mən sizinlə 10 ay bundan əvvəl danışanda demişdim ki, “Neftçİ”də çempionatda və avrokuboklarda böyük problem olacaq. İndi bunlar baş verir”.
Bu sözləri Qol.az-a açıqlamasında Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.
“Neftçi” Premyer Liqada ardıcıl iki oyundur 4 qolla uduzur. “Qarabağ”a 2:4 hesabı ilə məğlub olan “ağ-qaralar” “Turan Tovuz”la görüşdə qapısından 4 cavabsız top buraxıb.
Komandadakı problemlərdən danışan “Neftçi”nin sabiq çalışdırıcısı heyətdə böyük dəyişiklik edilməli olduğunu bildirib: “Problemləri dərindən analiz etmək lazımdır. “Neftçi”də kluba layiq futbolçular çox azdır. Emin Mahmudov olmayanda “Neftçi”nin oyunu heç nədir. İndi Kenni Sayef Eminlə birgə çox yaxşı oynayır. Qalan futbolçular isə görünmür. Ona görə də “Neftçi”nin oyunu yoxdur.
Problem böyükdür, məşqçidən tutmuş futbolçulara qədər. Mən özüm də “Neftçi”də işləmişəm. Bir futbolçu pis oynayanda bizdə həyəcan olurdu. Düzdür, oyunu udurduq, amma təşvişə düşürdük ki, niyə pis oynamışıq. İndi “Neftçi”nin bir problemi də məşqçi ilə oyunçuların bir-birini anlamamasındadır. Komandada çox dəyişiklik olmalıdır. Bilmirəm, Regekampf “Neftçi”də qalacaq, yoxsa yox. Komandaya gələcək yeni baş məşqçiyə də yazığım gəlir. Çünki böyük dəyişiklik edilməlidir”.
Mircavadov “Neftçi”nin iki oyuna 8 qol buraxması ilə bağlı bunları qeyd edib: “Qarabağ”ı bildik, komanda son illər çox yüksək səviyyədə oynayır. “Turan Tovuz”a isə belə məğlubiyyətə bilmirəm nə deyim. Müdafiəçilər hər üç qolda Runi Evaya uduzdular. “Turan Tovuz”un öz oyun dəsti-xətti var. Tovuzda oynamaq həmişə çətin olur. Tovuz camaatı futbolu sevir. Ona görə də düşünmürəm ki, “Neftçi” səfərə arxayın şəkildə gedib. “Turan Tovuz” kubokda da “Neftçi”dən zəif oynamırdı. Əsas oyun olmalıdır. “Neftçi”də isə oyun görünmür”.
76 yaşlı mütəxəssis “Neftçi”nin transfer siyasətini də tənqid edib: “Qarabağ” yerli transfer bazarında hamını uddu. Əcnəbi futbolçunu isə xeyli baxdıqdan, məslətləşdikdən, “Qarabağ”a layiq oyunçu olduğuna əmin olandan sonra dəvət edirlər. “Neftçi”də isə elə deyil. Eşidirlər ki, hardasa yaxşı futbolçu var, gedib gətirirlər. O da gəlib oyun ərzində oturur baş məşqçinin yanında. Bu, kimə lazımdır? “Neftçi” yerli transfer bazarında “Sabah”a da uduzdu, “Qarabağ”a da. Məsələ bundadır”.
A.Mircavadov qeyd edib ki, “Neftçi”nin heyətində köklü dəyişiklik edilməsə, komanda Konfrans Liqasında uğur qazana bilməyəcək: “Konfrans Liqasına vaxt az qalır. Klub rəhbərliyinin fikrini bilmirəm. Komandaya hazır oyunçu lazımdır. Konfrans Liqasında “Neftçi”dən uğur gözləyiriksə, hazır futbolçular alınmalıdır. Baxışa futbolçu çağırsalar, uduzacaqlar. Bu heyətlə isə çətin olar. Müdafiədə yaşlı oyunçulardır. Bəlkə də vaxtında yaxşı oynayıblar, amma indi keyfiyyət cəhətdən çox aşağı səviyyədədirlər. 1-2 oyunçunu çıxmaq şərtilə bütün xətlərdə dəyişiklik edilməlidir”.
Ramiq Ağaməmmədov
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb