Medianın İnkişafı Agentliyinin layihəsi
Ötən ay Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycanın uğurlu çıxış edən idmançılarından biri də Jalə Əliyevadır. Qadın güləşçimiz 57 kq çəki dərəcəsində gümüş medal qazanıb. Jalə həm də 2022-ci ildə U-23 Avropa çempionatının qalibi olub.
Budəfəki həmsöhbətimiz də elə Jalə Əliyevadır.
- Jalə, əvvəlcə özünüz haqqında məlumat verin ki, oxucularımız sizi yaxından tanısınlar.
- 2001-ci ildə Gəncə şəhərində anadan olmuşam. Sərbəst güləşlə uşaqlıqdan məşğulam. Bu idman növünə elə öz doğma şəhərimdə başlamışam.
- Güləş daha çox kişilərin məşğul olduğu idman növüdür. Bəs, necə oldu ki, siz güləşçi olmaq qərarına gəldiniz?
- Doğrudur, güləş daha çox kişi idman növüdür. Həm də çətin bir idman növüdür. Ona görə də burada qadınların sayı azdır. Ancaq ötən illərə baxdıqda qadınlarımızın sayı artıb, hətta öz yerli yeniyetmə ve gənc qızlarımız Avropa, dünya arenalarında bayrağımızı dalğalandırırlar. Mənim güləş idman növünə uşağlıqdan həvəsim olub. Anama dedim ki, mən güləşçi olmaq istəyirəm. O, buna razı deyildi. Dedi ki, başqa idman növü ilə məşğul ol. Ancaq mən fikrimi dəyişmədim. Anam razı olmasa da, idman karyeramda mənə çox köməklik göstərdi.
- Sizcə, niyə güləşə daha çox kişilər müraciət edir?
- Deyərdim ki, güləş idmanın ən qədim növlərindən biridir, eramızdan 2500 il əvvəl yaranmışdır. Bu idman növü ilə o vaxt kişilər məşğul olublar. Həm də yəqin ki, çətin idman növü olduğu üçün daha çox kişilər müraciət edir.
- Bu yolda sizə ananızdan başqa kim dəstək oldu?
- Mənə dəstək olanlar çox oldu. Başda ailəm idi. Yaxınlarımın və şəxsi məşqçim Həsrət Məmmədyarovun böyük dəstəyi və əziyyəti danılmazdır.
- Güləşçi olmaq sizin həyatınızda hansı üstünlükləri yaradıb?
- İnsan işini sevə sevə görməlidir. Çətinliklər hər bir peşədə var. Məqsədinə çatmaq üçün hər bir çətinliklərdən keçmək lazımdır. Güləşçi olmaq mənə heç bir problem yaratmır. Əksinə, insanda özünə inam yaradır.
- Jalə, qazandığınız uğurlardan danışaq.
- Mən güləşə 9 yaşımdan başlamışam. Yeniyetmələrin Avropa çempionatında gümüş, gənclər arasında dünya çempionatında bürünc, U-23 Avropa çempionatında həm qızıl, həm bürünc, İslam Həmrəyliyi Oyunlarında qızıl ve böyüklər arasında Avropa çempionatında gümüş medal qazanmışam.
- Heç düşünürdünüz ki, böyüklər arasında Avropa çempionatında finala çıxacaqsınız?
- Bəli. Yarışa güclü hazırlaşmışdıq. Bir çox təlim-məşq toplanışları keçdik. Mən böyüklər arasında Avropa çempionatına ilk dəfə olaraq qoşuldum. Sevinirəm ki, belə bir yarışdan Vətənə medalsız qayıtmadım. Qalib gələcəyimə inanırdım. Çünki inam uğurun yarısıdır.
- Turnirin ən çətin qarşılaşması hansı idi?
- Deyərdim ki, bütün qarşılaşmalar asan deyildi. Çünki bildiyiniz kimi, böyüklər arasında Avropa çempionatı asan olmur. Ən əsası, yarımfinal görüşündə qalib gəlməli idim. Rəqib də titullu bir idmançı idi. O, ötən olimpiadanın iştirakçısı olmuşdu. Qalib gələrək finala yüksəldim.
- Gümüş medal qazandığınız üçün xoşbəxtsiniz, yoxsa qızılı əldən verdiyiniz üçün məyussunuz?
- Gümüş medal qazandım, buna da çox şükür. Medalsız da qayıda bilərdim. Ancaq bu, son deyil. Qızıl medallar üçün əlimdən gələni edəcəyəm. Ötən ilin dekabr ayında ABŞ-da keçirilən dünya kubokuna dəvət almışdım. Orda ağır zədələndim, bir neçə ay bərpa prosesi keçdim. Düşünürəm ki, tam formaya düşdükədən sonra medallarımın sayı daha da çox olacaq.
- Avropa 2-cisi olmaq necə bir hissdir?
- Çox yaxşıdır. 2-ci yerə çıxmağım mənə qarşıdakı yarışlara hazırlaşıb qələbə qazanmağım üçün stimul verdi.
- Qarşıdan Paris-2024 Yay Olimpiya Oyunları gəlir. Yəqin ki, medal qazanmağı hədəfləmisiniz.
- Düzdür, hər bir idmançı kimi mən də olimpiadaya lisenziya əldə edib medal qazanmaq istəyirəm. Qarşıdan Paris 2024-ə lisenziya yarışları gəlir. Mən Olimpiya çəkisi olan 57 kiloqramda çıxış edirəm. Əlimdən gələni edəcəyəm ki, olimpiadaya vəsiqə qazanım.
- Özünüz hələ gəncsiniz. İnanırıq ki, qarşıda hələ çox uğur qazanacaqsınız. Lakin yəqin ki, idmana yeni başlayanlara vermək istədiyiniz məsləhətlər var.
- Ən əsası, onların valideyinlərinə demək istəyərdim ki, uşaqlarını idmandan uzaq saxlamasınlar. İdman sağlamlıqdır. İdmançı olmaq üçün əvvəlcə həvəsin olmalıdır. Güclü peşəkar idmançı olmaq üçün daha çox əziyyət çəkmək, səbr etmək, sonadək mübarizə aparmaq lazımdır.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək
Davranışına görə komandadan uzaqlaşdırıldı
Məşqlərə qoşulmadığı üçün klubdan göndərilə bilər
"Fənərbaxça"nın prezidenti qəzaya düşdü - Şəkil
Konate "Real"dan təklif gözləyir
Azərbaycanın basketbol millisinin rəqibləri açıqlandı
Azərbaycan millisi Türkiyə yığması ilə birgə
Eddi Hau büdcə məhdudiyyətinə görə "Nyukasl"dan ayrıla bilər
Foden "Bavariya"nın radarında
"Milan" hücumçu transfer etdi
Mbappe basketbolçu olmaq istədi, NBA-dan bu cavabı aldı
AÇ: Azərbaycan millisinin oyunlarının vaxtı açıqlandı
Azərbaycan çempionatına yekun vuruldu
“D Liqasını bizim milliyə yaraşdırmıram" - Aydın Bayramov
Son 7 oyunun hamısında qələbə qazanıblar
Ronaldo Kazemironu inandırdı
"Barselona" Fliklə yeni müqavilə imzaladı
Yayda "Mançester Siti"dən ayrılacaq
Kosovo - Türkiyə oyunu bu kanallarda
Almaniyaya məğlubiyyətdən sonra istefaya göndərildi
Simeone nəvəsi ilə fotosunu paylaşdı - Şəkil
“Pley-off”da final günü
Almaniya millisi Qanaya qalib gəldi
FİFA AFFA-ya təşəkkür etdi
Azərbaycan millisinin dramatik qələbəsi - Video
İran idmançıları bəzi ölkələrə gedə bilməyəcək
Azərbaycan millisinə mükafat təqdim olundu - Video
Azərbaycan millisi FİFA seriyasının qalibi oldu
Münhen klubunu tərk edəcək
Umarali Raxmonaliyevin yığması qələbə qazandı