“Birinci hissədə qalib durumda idik. Rəqib hesabı bərabərləşdirəndən sonra əks-hücum qol vurub önə keçdik”.
QOL.az sportal.az-a istinadən xəbər verir ki, bu sözləri “Karvan-Yevlax"ın baş məşqçisi Azər Həşivov “Zirə” ilə matçdan sonra (2:3) keçirilən mətbuat konfransında deyib.
“5-ci oyundur ki, standart vəziyyətdən qol buraxırıq. Deyirlər ki, Azər Həşimov standart vəziyyətləri bəhanə edir. Bəhanə deyil. Oyun haqda danışırıqsa, bunu vurğulamalıyıq” - deyən A.Həşimov həmçinin bildirib:
- Futbolçulara daha diqqətli olmağı tapşırmışdıq. Məşqçi meydana çıxıb futbolçunun yerinə müdafiə olunmalı deyil. Nə qədər çalışırıqsa da bunun öhdəsindən gələ bilmirik. Gələcəkdə daha da məsuliyyətli olacağıq. Jurnalistlərdən xahiş edirəm ki, diqqətli olsunlar. Deyirlər ki, Azər Həşimov futbolçuların kölgəsində qalır. Mən heç vaxt futbolçunun kölgəsində qalan biri deyiləm. 5 əvəzetmə olmuşdu, orada anlaşılmazlıq oldu. Araz Abdullayevi meydana buraxmaq istəyəndə dedim ki, 5 əvəzetmə olub. Ona görə də Arazı meydana buraxsaq, texniki məğlubiyyət ala bilərik. Bizim mehriban kollektivimiz var. Yeni yaranmış komandayıq. Problemlərimiz olurdu, yaxşı məşq edə bilmirdik. Artıq öz meydançamızda məşq edirik. Bunun nəticəsidir ki, son iki matçda yaxşı oyun göstəririk. Sadəcə nəticəyə görə məyusuq. Oyundan razı qaldım, amma nəticədən yox. Gələcəkdə bundan da dinamik komanda görəcəksiz.
- Standart vəziyyətlərin öhdəsindən gələ bilməməyiniz futbolçuların keyfiyyətli ile bağlıdır?
- Əlbəttə. Hansı mövqedə çatışmazlıqlar varsa, həftə ərzində onun üzərində işləyirik. Rəqibin boşluqlarını da təhlil edirik. Ancaq futbolçunun əvəzinə meydana çıxıb, müdafiə oluna bilmərik. Bu problem keyfiyyətlə bağlıdır.
- Birinci hissədə məcburiyyətdən dəyişiklik etdiniz. Bunun məğlubiyyətə nə dərəcədə təsiri oldu?
- Düz vurğulayırsız. Birinci hissədə Süleyman Əhmədov və Mikels zədələndi. Qavi Tompson də arxa əzələsindən zədə aldı. Məcburiyyətdən Uğuru da çıxardıq ki, boşluqları dolduraq.
- Araz Abdullayevin oynamamasının səbəbi nədir?
- "Turan Tovuz"la matçdan sonra arxa əzələsində problem çıxdı. Mikrozədədir. Növbəti həftə komandaya qoşulacaq.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı