İtaliya superkuboku 2023/24 mövsümündən etibarən yeni formatda keçiriləcək.
Qol.az xəbər verir ki, bu barədə A seriyasının mətbuat xidməti məlumat yayıb.
Növbəti mövsümdən superkubok dörd komandanın iştirakı ilə təşkil olunacaq. İştirakçılardan ikisi A seriyasını ilk iki pillədə başa vuranlar, digər ikisi isə İtaliya kubokunun finalına vəsiqə qazanan komandalar olacaq.
Qeyd edək ki, İtaliya superkuboku 1988/89 mövsümündən etibarən keçirilir. Bu vaxta qədər superkubokda İtaliya çempionatının və İtaliya kubokunun qalibləri üz-üzə gəlirdi. Hər iki turnirdə eyni komanda qalib olduğu mövsümlərdə isə kubokun digər finalçısı superkubokda da “qızıl dubl”a imza atan klubun rəqibi olurdu.
“Yuventus” cərimələndi
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı