"Növbəti maraqlı oyunlarımızdan biri keçdi. Düşünürəm ki, azarkeşlər üçün də maraqlı qarşılaşma alındı. Təbii ki, qələbə qazanmağa köklənmişdik".
Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 25-ci turunda "Şamaxı" ilə 2:2 hesabı ilə heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Oyunun ümumi mənzərəsi qələbə qazanacağımıza yaxın kimi görünürdü. Elə oldu ki, qapımıza zərbə endirmədən rəqib iki qol vurdu. "Şamaxı"nın bir zərbəsini xatırlamıram. Futbolçular böyük sarsıntı yaşasa da, özlərində güc tapdılar, hesabı bərabərləşdirdilər. Heçnədən 2 qol buraxdıq. Sonra qol epizodlarımız, çoxsaylı hücumlarmız oldu Amma fərqlənərək hesabda irəli çıxa bilmədik. Oyunun gedişatı elə gedirdi ki...Qapına zərbə yoxdursa,i ki qol buraxırsansa, məğlub olmağa məhkumsan. Şükürlər olsun ki, belə gedişata baxmayaraq bir xal qazandıq. Futbolçularıma sona qədər apardıqları mübarizəyə görə təşəkkürümü bildirirəm"- deyə o bildirib.
Mütəxəssis çempionatın aşağı pillələrindəki rəqabətin avrokubok mübarizəsinə təsir edib-etməyəcəyi ilə bağlı söyləyib: "Çempionat elə səviyyəyə gəlib ki, həqiqətən asan oyun yoxdur. Özünüz də şahidi olursunuz. Hər bir rəqib digərindən səfərdə və ya evdə xal ala, qələbə qazana bilər. Xüsusilə də aşağı pillələrdə baş verən hadisələr oyunların gərginliyini bir az da artırır. Matçlar bir az da çətinləşir. Buna baxmayaraq, biz öz işimizi görməliyik, öz hədəflərimiz var. Bu gün futbolçularımdan narazı ola bilmərəm. 90 dəqiqə ərzində üstünlük bizdə idi, oyuna dominantlıq etdik, hücumlar qurduq, pressinq tətbiq etdik, qollar vurduq. Təəssüflər olsun ki, buraxdığımız qollar oldu. Belə buraxılan qolları anlamaqda çətinlik çəkirəm. Qapımıza penalti verildi, avtoqol oldu. Futbolçularım birinci qolun sarsıntısında idik, ikinci qolu buraxdıq. Amma həqiqətən qapımıza zərbə vurulduğunu xatırlamıram. Belə olan halda da, bir xal da qənimətdir".
R.Sadıqov mövsümün gedişində İlkin Muradov və Təmkin Xəlilzadəni əvəzedici heyətə göndərib, sonradan geri qaytarması, qışda isə Nemanya Andelkoviçi komandadan göndərib, sonra geri qaytarmasının səbəbləri ilə əlaqədar deyib: "Çempionatın ilk hissəsinin sonunda oturduq söhbətləşdik və qarşılıqlı şəkildə yollarımızı ayırmaq qərarını verdik. Elə şeylər var ki, hamısını açıq şəkildə deməyəcəm. Futbolu sevə-sevə oynamışam. Bəzən hansısa qərar qəbul edirsən, futbolçunun düşdüyü duruma, vəziyyətə baxırsan... Bəzən qərarımı dəyişirəm. Futbolçulara anlayış göstərib, həmin addımı atıram. Yoxsa, ilk dövrədən sonrakı, mövsümün əvvəlindəki qərarlarım bəlli idi. Sadəcə olaraq, futbolçular özlərinə klub tapmaqda çətinlik çəkdilər. Ondan sonra fikrimi dəyişdim. Andelkoviçlə mövsümün sonuna qədər bizimlə birlikdə olacaq və duruma görə qərar qəbul edəcəyik".
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi
Bugünkü oyunları yayımlayacaq kanallar
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
Polşalı futbolçu faciəvi şəkildə dünyasını dəyişdi
Azərbaycan millisi Avropa çempionatında rekord vurdu
İsgəndər Cavadov Elxan Səmədovla görüşdü
Azərbaycan millisinin heyəti açıqlandı
Mahir və Abdullanın durumu bəlli oldu
“Mənfi rəylər məni daha da motivasiya edir” - Toral Bayramov
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
"Sabah"ın ÇL oyunları üçün 100 mindən çox bilet satılıb
Azərbaycan AVRO-2028-in pley-offuna çıxa bilər - Şərtlər
Musa Qurbanlı: "Bu oyundan dərs çıxarmalıyıq"
“Polşada xoşbəxtəm, məni yaxşı qəbul edirlər” - Mahir Emreli
"Tottenhem"də itki
Azərbaycan millisi Tacikistanı belə məğlub etdi - Video
Azərbaycan Avropa çempionatında ilk medalını qazandı
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti