Türkiyə Superliqasında 23-cü turun təxirə salınmış 2 oyunu keçirilib.
Qol.az xəbər verir ki, millimizin üzvü Mahir Emrelinin transfer olunduğu "Konyaspor" "Fənərbaxça"nın qonağı olub və 0:4 hesabı ilə uduzub. "Kayserispor" isə səfərdə "Giresunspor"a 2:1 hesabı ilə qalib gəlib. M.Emreli sözügedən görüşdə iştirak etməyib.
Həmçinin oxuyun: Mahir Emreli bu gün rəsmi debüt edə bilməyəcək
Qeyd edək ki, turnir cədvəlinə 57 xalla (23 oyun) "Qalatasaray" başçılıq edir. "Fənərbaxça" 48 xalla (22 oyun) 2-ci, "Adana Demirspor" 41 xalla 3-cüdür. "Konyaspor" 30 xalla (23 oyun) 8-ci, "Giresunspor" 21 xalla (22 oyun) 17-cidir.
25 fevral
"Fənərbaxça" - "Konyaspor" - 4:0
Qollar: Valensiya, 13-pen, 45+6, Kinq, 61, Szalai, 78
Qırmızı vərəqə: Diouf, 22 ("Konyaspor")
"Giresunspor" - "Kayserispor" - 1:2
Qollar: Mane, 6, Thiam, 40
"Ayaks" braziliyalı hücumçu transfer etdi
“Qarabağ” - SSKA matçının biletləri satışa çıxır
Salah "Beşiktaş"da oynayacaq?
"Sumqayıt"dan "Şamaxı"ya keçdi
Mundialın final matçında fasilə müddəti müəyyənləşdi
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"
"Şəfa" "İmişli" ilə heç-heçə etdi
"Turan Tovuz" ilk yoxlama matçına çıxdı
"Sumqayıt" onu da göndərdi
FİFA dünya çempionatı tarixində ilkə imza atacaq
Premyer Liqadan düşən klubunu yarı yolda qoymadı