"Konyaspor"a transfer olunan millimizin üzvü Mahir Emreli Türkiyə Superliqasında bu gün keçiriləcək "Fənərbaxça"ya qarşı 23-cü turun təxirə salınmış matçında iştirak etməyəcək.
Qol.az xəbər verir ki, 24 yaşlı hücumçunun adı sözügedən görüş üçün iştirak ərizəsində yer almayıb. Türkiyə mətbuatı yazıb ki, Mahir Emrelinin transferi fevralın 6-dan sonra gerçəkləşdiyi üçün qaydalara əsasən İstanbul təmsilçisinə qarşı təxirə salınmış görüşdə oynaya bilməz. Çünki "Fənərbaxça" - "Konyaspor" oyunu fevralın 6-ı keçirilməli idi. Ancaq zəlzələ səbəbindən qarşılaşma təxirə salınmışdı.
Qeyd edək ki, sözügedən matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Xatırladaq ki, "Konyaspor" Mahir Emrelini bu mövsümün sonunadək "Dinamo"dan (Zaqreb) icarəyə götürüb.
“Yuventus” cərimələndi
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər