"Şamaxı"nın İdarə Heyətinin Sədri Elçin Usubun Qol.az saytına müsahibəsi
- ”Şamaxı”nın hazırkı mövqeyi sizi qane edirmi? Sırf yerli futbolçulardan ibarət komanda olduğunu nəzərə alsaq, hazırkı durumla qane olmaq olar, yoxsa daha da irəli getmək olardı?
- Təbii ki, biz klub və klubda işləyən kollektiv olaraq həmişə daha da irəli baxmalıyıq. Hesab edirik ki, komandamızın göstərdiyi performans, məşqçilər və futbolçularımızın verdiyi əmək müqabilində daha yuxarı pillələrdə ola bilərdik. Amma yolumuza davam edirik, biz səbrliyik. İnanırıq ki, tutduğumuz yol öz nəticələrini verəcək və bu da turnir cədvəlində də öz əksini tapacaq.
- Klubun hazırkı məqsədi və gələcək planları nədir?
- Klubun hazırki məqsədi müvafiq strategiyamıza uyğun olaraq, işimizi davam etdirmək və klubun alt yapısını qura-qura əsas komandanın Premyer Liqada qalmasına və yerini möhkəmlətməsinə nail olmaqdır. Bu məqsədə çatacağımız halda strategiyamıza uyğun yeni addımlar atacağıq.
- Strategiyanın dəyişəcəyi gözlənilirmi, yoxsa sırf yerli futbolçularla davam olunacaq?
- Hələ ki, belə bir şey gözlənilmir. Premyer Liqada qalacağımız halda, eyni qaydada, Azərbaycan futboluna azərbaycanlı futbolçular qazandırmaq ideyasını gerçəkləşdirmək yolunda işimizi davam etdirəcəyik.
- Strategiya həm də maliyyə imkanlarından asılıdır. Bu yöndə hansısa işlər görülürmü? Kluba sponsorluq etmək istəyən varmı?
- Təbii ki, haqlısınız. Sadəcə sponsor məsələsinə bir az başqa cür yanaşırıq. Biz kökündən yeni bir klub yaradırıq. Məqsədimiz komanda yox, müəyyən bir vizyona sahib olan bir klub yaratmaqdır. Təssüf ki, Azərbaycan futbolunun cari durumu nəzərə alınmaqla, sponsorluq iş adamları tərəfindən birtərəfli əməkdaşlıq kimi başa düşülür. Bizim məqsədimiz bir az başqadır, biz daha çox futbolun cəmiyyətdə, o cümlədən, biznes aləmində layiq olduğu yeri tutmalı olmasını fikirləşirik. Başa düşürük ki, bizi çətin yol gözləyir. Bu baxımdan da sponsor yox, daha çox bu strategiyanı bizlə bölüşən, həmçinin, səbrlə bu strategiyanın gerçəkləşməsi nəticəsində bəlli müddətdən sonra müəyyən maddi dividentlər gözləyən tərəfdaş axtarışındayıq. Yanaşmamız budur və inanırıq ki, belə tərəfdaşlar tapacağıq.
- “Şamaxı” gənc futbolçulardan qurulsa da, baxımlı oyun sərgiləyir. Amma azarkeş sayı hələ ki azdır. Sizcə, bu, komandanın nəticələrinə görədir, yoxsa Şamaxıda futbola maraq o qədər də böyük deyil?
- Deməzdim ki, Şamaxıda futbola maraq o qədər də azdır. Bir statistikanı nəzərinizə çatdırım, klub cəmi 6-7 aydır ki, Şamaxıya köçüb, bu müddətdə 4 aşağı yaş qrupları üzrə (U-10, U-11, U-12, U-13) komandalarımız formalaşıb və AFFA-nın təşkil etdiyi uşaq liqalarında çıxış edir. Əvvəllər futbola maraq o qədər də çox deyildi, amma hazırda valideynlər öz övladlarını təkidlə bu komandalara yazdırmağa çalışırlar. Düzdür, hazırda bununla bağlı şəraitimiz o qədər də böyük deyil. Azarkeş sayı ilə bağlı məsələyə gəldikdə isə başqa təsadüf amillər də var, hava şəraiti və ya bir çox oyunların həftə içi keçirilməsi və s. Fürsətdən istifadə edib bizə sadiq olan azarkeşlərimizi və şamaxılıları da komandaya dəstək olmağa, klubla əlaqələrin gücləndirməyə çağırırıq.
- Soyuq havalarda “Şamaxı” Bakıda məşq etməli olur. “Turan “Tovuz”la oyunun hazırlığı zalda olmuşdu. Bu problemi aradan qaldırmaq mümkündü?
- Bu problemi aradan qaldırmaq müəyyən bir investisiya tələb edir, bu investisiya da bizim uzunmüddətli planımızın bir hissəsidir.
- Məlumdur ki, komandada baş məşqçi kimi əsas işləri Cavid Hüseynov görür. Onun və ümumi olaraq məşqçilərin işindən razısınızmı? Baş məşqçi məsələsi ilə bağlı durum nə qədər bu cür davam edəcək?
- Məşqçi heyətimizin işindən razıyıq, onlar yaradılan şəraitdən maksimum dərəcədə istifadə etməklə əllərindən gələni edir və işimiz düzgün qurulub. Vüqar və Cavid müəllim başda olmaqla məşqçilər heyətinin də nəticələri ortadadır və bu baxımından da hansısa narazılıqdan söhbət gedə bilməz. Hesab edirəm ki, Vüqar Əsgərli-Cavid Hüseynov tandemi çox gözəl tandemdir, bir tərəfdən Vüqar müəllimin praktiki və nəzəri bilikləri, digər tərəfdən də Cavid müəllimin təzəlikcə oyunçu karyerasını başa vurmuş məşhur futbolçu olaraq liderlik xüsusiyyətlərini məşqçi kimi komandaya daşıması və motivasiya vermək bacarığı komandaya çox yaxşı təsir edir. İnanıram ki, birlikdə yolumuzu davam etdirə bilsək, böyük nəticələr əldə edə bilərik.
Ramiq Ağaməmmədov
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer