Zaxaryandan "Qalatasaray" açıqlaması

Zaxaryandan "Qalatasaray" açıqlaması
DÜNYA FUTBOLU 21 Fevral 2023 / 16:20 5960
-  A +

Moskva “Dinamo”sunun yarımmüdafiəçisi Arsen Zaxaryan Türkiyə mətbuatında "Qalatasaray"a keçəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.

Qol.az xəbər verir ki, erməniəsilli rusiyalı futbolçu championat.com-a açıqlamasında İstanbul təmsilçisinə keçməyəcəyini deyib: “Mən şəxsi səbəblərdən karyeramı “Qalatasaray”da davam etdirmək variantını nəzərdən keçirmirəm”.

Qeyd edək ki, 19 yaşlı oyunçunun artıq İstanbula gəldiyi, hətta “Qalatasaray”ın bazasından 5 km uzaqlıqda yerləşən oteldə qaldığı iddia olunurdu.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər