“Düşünürəm ki, meydanda yüksək səviyyədə oynayan iki yaxşı komanda var idi. Hər kəs komandaların həqiqətən də yüksək səviyyəli oyun nümayiş etdirməsi ilə razılaşar".
Qol.az xəbər verir ki, bu sözləri "Mançester Yunayted"in baş məşqçisi Erik Ten Haq Avropa Liqasının pley-off mərhələsində "Barselona" ilə keçirilən oyundan (2:2) sonra mətbuat konfransında deyib.
Niderlandlı mütəxəssis rəqibə daha çox qol vurmalı olduqlarını bildirib: "Belə güclü komandaya qarşı oyunumuz məni tam qane etdi. Hücumun sonlarında daha yaxşı çıxış edə bilərdik. Çoxlu qol imkanları yaratdıq. Daha çox qol vura bilmədiyimiz üçün bir az məyusluq var. Bu gün biz ən azı dörd qol vura bilərdik".
Qeyd edək ki, komandalar arasında cavab matçı fevralın 23-də Mançesterdə keçiriləcək.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
“Yuventus” cərimələndi
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər