“Bavariya"nın futbolçusu Sadio Mane zədəsini sağaltmaq üzrədir.
Qol.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. 30 yaşlı hücumçu fevralın 20-dən gec olmayaraq komanda ilə məşqlərə başlayacaq. Onun martın 8-də Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ ilə cavab oyununda meydana çıxa biləcəyi bildirilib.
Qeyd edək ki, Mane bu mövsüm Çempionlar Liqasında 6 oyun keçirib, 3 qol vurub və 1 qolun ötürməsini verib. O, zədə səbəbindən noyabr ayından bəri oynamır.
Xatırladaq ki, “Bavariya” ilk oyunda PSJ-yə 1:0 hesabı ilə qalib gəlib. Bu komandalar arasında cavab matçı martın 8-də Münhendə olacaq.
“Yuventus” cərimələndi
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər