Lionel Messi PSJ ilə yeni müqavilədən imtina etməyə yaxınlaşır.
Qol.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, çərşənbə günü futbolçunun atası Xorxe Messi ilə PSJ-nin rəhbərləri arasında görüş olub . Nəticədə tərəflər razılığa gələ bilməyib.
Yanvarda Paris təmsilçisi Messi ilə müqaviləni yeniləməkdə son dərəcə nikbin idi və oyunçu ilə tezliklə razılığa gələcəyini gözləyirdi. Amma argentinalı futbolçu 1 il müddətinə yeni müqavilə qəbul etmir.
Yaxın günlərdə Messi ilə PSJ arasında daha bir görüşün olacağı gözlənilir. Ancaq tərəflərin razılığa gələcəyi güman edilmir.
Klubla müqaviləsi bu mövsümün sonu başa çatacaq Messinin "İnter Mayami"yə keçmək istədiyi iddia olunub.
Qeyd edək ki, 35 yaşlı hücumçu bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə meydana çıxdığı 26 oyunda 15 qol vurub və 14 qolun ötürməsini verib.
“Yuventus” cərimələndi
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər