“Barselona”nın baş məşqçisi Xavi Avropa Liqasının 1/16 final mərhələsində “Mançester Yunayted”lə oyun öncəsi komandasının Çempionlar Liqasını tərk etməsindən danışıb.
Qol.az "Marca"ya istinadən xəbər verir ki, o deyib: “Evdə Çempionlar Liqasının himnini dinləyəndə hələ də əsəbiləşirəm. Qrup mərhələsində ən yaxşı vəziyyətdə deyildik. Avropa Liqası çox gözəl və çətin turnirdir və biz burada mübarizə aparacağıq. Bundan məmnunuq".
Qeyd edək ki, "Barselona" bu mövsüm Çempionlar Liqasında C qrupunu 3-cü pillədə başa vurduğu üçün mübarizəni Avroliqada davam etdirir.
“Yuventus” cərimələndi
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər