İlhan Mansız formasını 1 milyona hərraca çıxardı

İlhan Mansız formasını 1 milyona hərraca çıxardı
DÜNYA FUTBOLU 15 Fevral 2023 / 20:24 2718
-  A +

Türkiyə millisinin sabiq üzvü İlhan Mansız  qardaş ölkədə baş verən zəlzələdən zərərçəkənlərə dəstək olmaq üçün DÇ-2002-nin 1/4 finalında Seneqalla matçda geyindiyi formanı hərraca çıxarıb.

Qol.az xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesablarında yazıb. O, formanın ilkin qiymətinin 1 milyon türk lirəsi olduğunu bildirilib. Forma satışından əldə olunan gəlir  zərərçəkənlərə dəstək üçün ayrılacaq.

Qeyd edək ki, İ.Mansız DÇ-2002-nin 1/4 finalında Seneqalla matçın əlavə vaxtında "qızıl qol" vurub. 
 


Qarabağ FK
Son xəbərlər
15.09.26  11:31

PSJ-də itki

15.09.26  09:45

8 həftə oynamayacaq

topaz banner