"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri A Seriyasının 22-ci turunda "Fiorentina" ilə matçda (1:0) azarkeşin Turin klubunun hücumçusu Moyze Kin və müdafiəçi Mattia De Şilyoya qışqırmasına kəskin reaksiya verib.
Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, görüşün sonunda italiyalı mütəxəssis tribunaya tərəf dönüb və qışqırıb: “Kəs səsini! Bura gəl və dediklərini bir də söylə!"
Alleqri azakeşin hərəkəti ilə bağlı deyib: “Azarkeşlərin çoxu komandaya kömək edir. Lakin Moyze Kin, Mattia De Şilyo və bəzən Leandro Paredes kimi oyunçunun meydanda nə qədər iş görsə də, pis olduğuna qərar verənlər var. Bunlar “Yuventus”un oyunçularıdır və bizim üçün önəmlidirlər. Futbolçuları təhqir etməyə, ələ salmağa görə stadiona gələn azarkeşlərdən xoşum gəlmir, bu hörmətsizlikdir. Pis oynadığımız zaman bizə lağ edin, amma vaxtından əvvəl deyil”.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
“Yuventus” cərimələndi
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər