PSJ-nin baş məşqçisi Kristof Qaltye Çempionlar Liqasının 1/8 finalında "Bavariya" ilə ilk oyun öncəsi narahatlığını bildirib.
Qol.az xəbər verir ki, Paris təmsilçisi ardıcıl iki dəfə - Fransa kubokunda "Marsel"ə (1:2), çempionatda isə "Monako"ya (1:3) uduzub.
Mütəxəssis Fransa mətbuatına açıqlamasında komandasının zəiflədiyini bildirib: “Hərəkətlərimizin intensivliyi yox idi. Hazırda komandanın vəziyyəti belədir. Qəribədir, amma doğrudur. PSJ-də baş məşqçi işləyərkən bunu demək qəribədir, ancaq reallıq belədir. "Bavariya" ilə matç məni narahat edir. Baxaq, "Monako" ilə oyunda start heyətinə düşməyən futbolçulardan hər hansı biri çərşənbə axşamı oynaya bilərmi?
Bizim nəzərəçarpacaq dərəcədə zəifləmiş komandamız var və biz narahatıq. Ancaq belə bir dövrdə insan ağlını itirməməlidir. Azarkeşlərin qəzəbini də anlayıram”.
“Yuventus” cərimələndi
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər