"Qalatasaray" və "Fənərbaxça" Türkiyə Superliqasında meydana çıxacaqları son oyunda bir-birləri ilə üz-üzə gələcək.
Qol.az xəbər verir ki, zəlzələ ilə əlaqədar sözügedən klubların çempionatının son oyunundakı rəqibləri "Hatayspor" və "Qaziantep" turnirdə çıxışlarını dayandırıblar. Türkiyə Futbol Federasiyasının qərarına əsasən, "Qalatasaray" və "Fənərbaxça"nın son turdakı rəqiblərinə 0:3 hesablı texniki məğlubiyyət veriləcək. Bu səbəbdən İstanbul klubları Superliqada oynayacaqları son matçda bir-birləri üz-üzə gələcəklər. İstanbul derbisi mayın 28-i keçiriləcək.
Qeyd edək ki, turnir cədvəlində "Qalatasaray" hazırda 54 xalla (22 oyun) 1-ci, "Fənərbaxça" 45 xalla (21 oyun) 3-cüdür.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
“Yuventus” cərimələndi
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər