"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın klublarının onun komandasına qarşı haqsızlıq etdiyini düşünür.
Qol.az xəbər verir ki, bu haqda o, “Sky Sport”a müsahibəsində danışıb.
Hazırda İngiltərədə “Mançester Siti”yə qarşı maliyyə feyr-pley qaydalarını pozması ittihamı ilə araşdırma aparılır. İki il əvvəl bənzər prosedur UEFA tərəfindən də həyata keçirilmiş və Mançester təmsilçisi avrokuboklardan kənarlaşdırılmışdı.
Sonradan İdman Arbitraj Məhkəməsi - CAS UEFA-nın qərarını ləğv etmişdi.
Həmin dövrü xatırlayan Qvardiola bəzi ingilis klublarının hərəkətindən məyus olduğunu söyləyib.
“Onların sayı 9 idi. “Bernli”, “Vulverhempton”, “Lester”, “Nyukasl”, “Tottenhem”, “Arsenal” “Mançester Yunayted”, “Liverpul” və “Çelsi”. Onlar məktub yazaraq “Mançester Siti”nin Çempionlar Liqasından çıxarılmağını və bizim yerimizi tutmaq istəyirdilər. Bu, görünməmiş bir hadisə idi. İndi ikinci dəfə bənzər proseslər gedir”.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
“Yuventus” cərimələndi
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər