"Real" Ançelottinin mümkün əvəzləyicisi ilə bağlı qərar verdi

"Real" Ançelottinin mümkün əvəzləyicisi ilə bağlı qərar verdi
DÜNYA FUTBOLU 10 Fevral 2023 / 00:45 4616
-  A +

"Real" baş məşqçisi Karlo Ançelottinin mümkün əvəzləyicisi ilə bağlı qərar verib.

Qol.az "Relevo"ya istinadən  xəbər verir ki, italiyalı mütəxəssis Madrid təmsilçisindən ayrılsa, komandanı Raul çalışdıracaq.

Hazırda ispaniyalı "Real"ın gənclərdən ibarət komandasına başçılıq edir.

Qeyd edək ki, Ançelottiyə Braziliya millisinin baş məşqçisi olmaq təklif olunub.


Son xəbərlər