Mane komanda ilə məşqə başladı

Mane komanda ilə məşqə başladı
DÜNYA FUTBOLU 6 Fevral 2023 / 21:55 948
-  A +

Zədə səbəbindən dünya çempionatını buraxan "Bavariya"nın hücumçusu Sadio Mane komanda ilə məşqə başlayıb.

Qol.az "Bild"ə istinadən xəbər verir ki, seneqallı hücumçu ötən ilin oktyabrından bəri ilk dəfə komandanın məşqinə qatılıb.

Xatırladaq ki, Mane ötən il noyabrın əvvəlində Bundesliqada "Verder"lə matçda (6:1) zədələnmişdi. Daha sonra hücumçu əməliyyat olunub. O, bu mövsüm Bundesliqada 14 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı