Keyndən tarixi rekord

Keyndən tarixi rekord
DÜNYA FUTBOLU 6 Fevral 2023 / 10:53 1904
-  A +

"Tottenhem"in futbolçusu Harri Keyn yeni rekorda imza atıb.

Qol.az xəbər verir ki, 29 yaşlı oyunçu İngiltərə Premyer Liqasının 22-ci turunda "Mançester Siti" ilə matçda (1:0) qol vuraraq buna nail olub. Bununla da, London təmsilçisində vurduğu qolların sayını 267-ə çatdıran ingilis hücumçu klub tarixinin ən çox qol vuran futbolçusu olub. O, Cimmi Qrivzi (266 qol) geridə qoyub.

Qeyd edək ki, bu qol eyni zamanda Keyninin Premyer Liqada vurduğu 200-cü qol olub.


Son xəbərlər