"Zirə" nigeriyalı yarımmüdafiəçi transfer edir

"Zirə" nigeriyalı yarımmüdafiəçi transfer edir
DÜNYA FUTBOLU 2 Fevral 2023 / 12:13 2504
-  A +

"Zirə" Portuqaliya "Pakuş de Ferreyra"sının futbolçusu Abbas İbrahimi transferini rəsmiləşdirməyə yaxındır.

Qol.az "Ojogo"ya istinadən xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi Portuqaliya klubunda daha az oynadığı üçün özü Bakı təmsilçisinə keçməkdə maraqlı olub. Klub onun istəyini qəbul edib. Razılığa əsasən, futbolçunun transfer hüququnun bir hissəsi “Pakuş de Ferreyra”da olacaq.

Onun yaxın vaxtlarda yeni klubu ilə müqavilə imzalayacağı bildirilib.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər