55 yaşlı futbolçunun yeni klubu

55 yaşlı futbolçunun yeni klubu
DÜNYA FUTBOLU 1 Fevral 2023 / 22:15 3376
-  A +

“Yokohama” (Yaponiya) 55 yaşlı hücumçu Kazu Miuranı icarəyə verib.

Qol.az xəbər verir ki, yaponiyalı futbolçu bu mövsümün sonuna qədər Portuqaliyanın ikinci liqasında çıxış edən “Oliveyrense”yə icarəyə verilib. Bu barədə klubun saytı məlumat yayıb.

Qeyd edək ki, Miura Avropada sonuncu dəfə 1999-cu ildə "Dinamo"da (Zaqreb) çıxış etmişdi.


Son xəbərlər