Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu PSJ-nin futbolçusu Lionel Messini transfer etmək fikrindən daşınmayıb.
Qol.az "Sky Sports"a istinadən xəbər verir ki, müqavilə imzalanacağı təqdirdə argentinalı hücumçu ildə 200 milyon funt-sterlinqdən (227 milyon avro) çox qazanacaq və dünyanın ən çox maaş alan futbolçusu olacaq.
Bundan başqa, Səudiyyə klubunun rəhbərliyi “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Brüyne və “Liverpul”un hücumçusu Məhəmməd Salahı da heyətinə qatmaq niyyətindədir.
Daha əvvəl bildirilmişdi ki, Messinin atası oğlunun transferi ilə bağlı "Əl-Hilal"la danışıqlar aparır . Daha sonra bəzi KİV-lər bu məlumatı təkzib ediblər .
Qeyd edək ki, 35 yaşlı futbolçu 2021-ci ilin avqustundan PSJ-də çıxış edir. Bu mövsüm o, bütün yarışlarda 22 oyuna çıxıb, 13 qol vurub və 14 qolun ötürməsini verib. Messinin Paris təmsilçisi ilə hazırkı müqaviləsi 2023-cü ilin iyununda başa çatır.
"Qarabağ"ın rəqibi mövsümün ilk matçına çıxdı
DÇ-2026 FİFA-ya rekord gəlir qazandırdı
İspanlara qol vuran milli baş məşqçisiz qaldı
Finaldan sonra mətbuat konfransında ağladı - Video
"Araz-Naxçıvan"dan böyükhesablı qələbə
“Qarabağ” - “Vestri” matçı bu göstəricidə birinci oldu
Kevin Kiqan vəfat etdi
“Sabahın Ulduzları” üçün imzalar atıldı - Şəkillər
“Azərbaycanda uşaq-gənclər futbolunun yeni təməlini qoyuruq”
“Şamaxı” ilk yoxlama matçına çıxdı
"Sabah" bu cütün favoritidir" - KuPS-un baş məşqçisi
"Liqa mərhələsi barədə danışmaq hələ tezdir" - Dambrauskas
"KuPS-u məğlub edəcək gücdəyik" - "Sabah"ın futbolçusu
“Karvan-Yevlax” qapıçı transfer etdi
İnfantino çempionlara üzük hədiyyə etdi - Video
“Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
“İmişli”də yeni məşqçi təyinatı
"Şəfa"nın yeni transferi
"Qarabağ"ın da potensial rəqibi bəlli oldu