Bu həftə güləşçilərimiz üçün 2023-cü ilin yarış mövsümünə start veriləcək.
Qol.az xəbər verir ki, fevralın 1-dən 5-dək Xorvatiyada “Zaqreb Open” turniri keçiriləcək. İlin ilk reytinq yarışında ökəmiz 31 idmançıyla təmsil olunacaq.
Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında 10 sərbəst güləşçi "Qran-pri"də qüvvəsini sınayacaq. Heyətdə Əliabbas Rzazadə, İslam Bazarqanov (hər ikisi 57 kq), Əli Rəhimzadə (65 kq), Hacı Əliyev, Xadjimurad Qadjiyev (hər ikisi 70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Abubakr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Georgi Meşvildişvili (125 kq) yer alıb.
Qadın güləşçilərin yarışında baş məşqçi əvəzi Rövşən Umudovun rəhbərliyi altında Mariya Stadnik, Türkan Nəsirova (hər ikisi 50 kq), Elnurə Məmmədova (55 kq), Alyona Kolesnik (59 kq) və Elis Manolova (62 kq) mübarizə aparacaq.
Yunan-Roma güləşi üzrə millimiz isə daha geniş tərkibdə iştirak edəcək. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov, Nihat Məmmədli (hər ikisi 60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Tuncay Vəzirzadə (82 kq), İslam Abbasov, Məhəmməd Əhmədiyev (hər ikisi 87 kq), Arif Niftullayev, Zamir Maqomedov, Murat Lokyayev (hamısı 97 kq), Sabah Şəriəti, Beka Kandelaki və Sərxan Məmmədov (hamısı 130 kq) reytinq turnirində ölkəmizi təmsil edəcək.
Fevralın 1-də 57, 61, 65, 70, 74 və 86 kq-da yer alan sərbəst güləşçilər, növbəti gün 92, 97 və 125 kq-da çıxış edən sərbəst güləşçilər və 50, 55 kq-dakı qadın idmançılar xalça üzərinə çıxacaq. Ayın 3-də 59, 62, 65 və 68 kq-da yer alan qadınlarla yanaşı, 77 və 87 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparacaq. Fevralın 4-də 53, 57, 72 və 76 kq-dakı qadınlar, eləcə də 63 və 67 kq-dakı yunan-Roma güləşçiləri nəyə qadir olduqlarını nümayiş etdirəcəklər. Yarışın son günündə isə 55, 60, 72, 82, 97 və 130 kq-da yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.
Qeyd edək ki, “Zaqreb Open”də I kateqoriyalı hakim Tural Əliyev ədaləti qoruyacaq.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!