"Napoli" və "Fiorentina" qapıçılarını dəyişirlər

"Napoli" və "Fiorentina" qapıçılarını dəyişirlər
DÜNYA FUTBOLU 22 Yanvar 2023 / 13:23 2146
-  A +

"Napoli" və "Fiorentina" sabah qapıçılarını dəyişəcək.

Qol.az insayder Nikolo Şkiranın "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, Pyerluici Qollini Neapol, Salvatore Siriqu isə Florensiya təmsilçisinə gedəcək. Hər iki oyunçu icarəyə göndəriləcək.

Qeyd edək ki, 27 yaşlı Qollini bu mövsüm 9 oyuna çıxıb, 4 matçda qapısını toxunulmaz saxlayıb. 36 yaşlı Siriqu bu mövsüm heç bir görüşdə iştirak etməyib.


Son xəbərlər