Klopp: "İndi saqqalım ağarıb, "Liverpul"a gələndə belə deyildi"

Klopp: "İndi saqqalım ağarıb, "Liverpul"a gələndə belə deyildi"
DÜNYA FUTBOLU 21 Yanvar 2023 / 17:51 1627
-  A +

"Liverpul"un baş məşqçisi Yurgen Klopp məşqçilik karyerasında 1000-ci matça çatması barədə danışıb.

Qol.az xəbər verir ki, hazırda İngiltərə Premyer Liqasının 21-ci turunda "Çelsi"yə qarşı keçirilən görüşlə o, bu rəqəmə çatıb.

Mütəxəssis 1000-ci oyunu ilə bağlı "The Guardian"a açıqlamasında deyib: “Bu, böyük, çılğın rəqəmdir. Mən həqiqətən xoşbəxtəm. Amma indi saqqalım ağarıb və mən "Liverpul"a gələndə belə deyildi. Niyə ağardığımı dəqiq bilmirəm - yaşa görə və ya "Liverpul"a görə. Mən sevdiyim klublarda sevdiyim işlə məşğulam, ona görə də şanslıyam".

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Qarabağ FK
Son xəbərlər
22.09.26  09:20

Atasının yolu ilə

topaz banner