"Borussiya" Sommeri onunla əvəzlədi

"Borussiya" Sommeri onunla əvəzlədi
DÜNYA FUTBOLU 19 Yanvar 2023 / 21:40 1611
-  A +

Yann Sommeri "Bavariya"ya satan "Borussiya" heyətini yeni qapıçı ilə gücləndirib.

Qol.az Münhenqladbax klubunun rəsmi saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi "Monpelye"dən Yonas Omlini transfer edib. 

İsveçrəli qapıçı ilə 2027-ci ilin yayına kimi müqavilə imzalayıb. 

Qeyd edək ki, Yonas Omlin bu mövsüm Fransa klubunun heyətində 14 rəsmi matçda meydana çıxıb. O, 3 qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb.


Son xəbərlər
15.09.25  16:51

FİFA-dan yeni qərar

15.09.25  10:58

“Turan Tovuz”da ilk