Premyer Liqa klubundan 28 milyonluq transfer

Premyer Liqa klubundan 28 milyonluq transfer
DÜNYA FUTBOLU 16 Yanvar 2023 / 15:42 3236
-  A +

İngiltərənin “Lids” klubu yeni transfer edib.

Qol.az Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Almaniyanın “Hoffenhaym” klubundan fransalı hücumçusu Jorjinyo Rutter heyətə cəlb olunub.

Onunla 2028-ci ilin 30 iyununa qədər müqavilə imzalanıb. "Lids” bu transfer üçün Almaniya klubuna 28 milyon avro ödəyib.

Qeyd edək ki, Rutter Fransanın “Renn” klubunun yetirməsidir. O, 2021-ci ilin fevral ayında "Hoffenhaym”a keçmişdi. Gənc hücumçu Bundesliqa təmsilçisində keçirdiyi 64 oyunda 11 qol vurub.


Son xəbərlər