"Kəpəz"in kapitanı Tural Axundov klubun mətbuat xidmətinə müsahibə verib.
Qol.az xəbər verir ki, o, Türkiyədə keçirilən qış təlim-məşq toplanışını dəyərləndirib, komandanın mövsümün ikinci yarısına hazırlığından danışıb.
- Tural, məşqlər necə gedir?
- Gündə iki dəfə məşq edirik. Səhər və axşam olmaqla hazırlıq keçirik. Günün ilk məşqində əsasən fiziki çalışmalar üzərində işləyirik. İkincidə isə toplu məşqlər edirik. Çalışdığımız qədər baş məşqçinin verdiyi tapşırıqların öhdəsindən gəlməyə səy göstəririk.
- Hər hansı bir çətinlik var?
- Yox, hər şey normaldır. Yaxşı şəraitlə təmin olunmuşuq. Qaldığımız otel, qidalanma, məşq meydançaları yüksək səviyyədədir. Hazırlığımız gərgin və maraqlı keçir. Fiziki məşqlər çətin olsa da, qarşıya qoyulan hədəfə çatmaq istəyirik. Bu, bizim üçün çox vacibdir. Qarşıda çempionatın daha iki dövrəsi durur. Ona görə yaxşı hazırlaşmalıyıq. Daha yaxşı çıxış etməliyik. Kollektivin potensialı da buna imkan verir.
- Yeri gəlmişkən, komandada əhval-ruhiyyə necədir?
- Heyətdə həm gənc, həm də təcrübəli futbolçular var. Sıralarımızda komandaya yeni qoşulan futbolçular da yer alıblar. Düzdür, uyğunlaşma prosesi vaxt aparandır. Amma bir kapitan olaraq demək istəyirəm ki, belə şeylər bizim üzərimizə düşür. Çalışırıq ki, tez adaptasiya olsunlar. Çox şükürlər olsun ki, mehriban kollektivə sahibik, futbolçular arasında xoş ünsiyyət , qarşılıqlı hörmət var. İnşallah, belə də davam edərik.
- Yoxlama oyunları haqqında nə düşünürsən?
- Əlbəttə, toplanış müddətində keçirilən oyunların nəticəsi əsas götürülmür. Vacib olan çatışmazlıqları görüb aradan qaldırmaqdır. Ona görə də belə görüşlər hər bir klub üçün önəmlidir. Məşqçi futbolçularını iş başında görməlidir. Rəqiblər də xarici komandalar olduğundan meydanda rəqabət, həyacan olur. Üç matçımız var, yaxşı komandalardır. Zəif deyillər, oynayıb gücümüzü görəcəyik. Həm özümüz, həm də komandanın adı üçün yaxşı çıxış etməyə çalışacağıq.
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı
“Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
Almaniya millisinin oyunlarını buraxacaq
Hər uğursuzluqda qaçıb gizlənməyən klub rəhbəri…
"Arsenal"dan ayrılmaq istəyir
Salah şəkil çəkdirdi, ərazi turist mərkəzi oldu - Video
Azərbaycanın iki boksçusu mərhələ adladı - Avropa çempionatı
Əfsanənin vida forması - Video
İngiltərə millisinə getməkdən özü imtina edib?
“Mançester Yunayted”də itki
Atasının yolu ilə
Premyer Liqa klubundan maraqlı addım - Şəkil
Ukraynalı məşqçi Azərbaycana qayıdır - Bu klubla razılaşdı
Cəlal ehtiyatda qaldı, komandası qalib gəldi
“Dinamo”dan əzmkar qələbə - Video
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı