Feliks bu kluba keçir

Feliks bu kluba keçir
DÜNYA FUTBOLU 9 Yanvar 2023 / 20:28 5483
-  A +

"Çelsi" "Atletiko"nun yarımmüdafiəçi Joao Feliksin icarəyə götürülməsi ilə bağlı şifahi razılığa gəlib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, təzminatın məbləği təqribən 11 milyon avro təşkil edəcək.

Portuqaliyalı futbolçu ilə "Mançester Yunayted" və "Arsenal"  maraqlansa da, 23 yaşlı London təmsilçisinə keçməyə üstünlük verib.

Qeyd edək ki, Feliks bu mövsüm Madrid təmsilçisinin heyətində  14 matçda 4 qol vurub və 3 qolun ötürməsini verib.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
15.09.25  16:51

FİFA-dan yeni qərar

15.09.25  10:58

“Turan Tovuz”da ilk