Hazard Ronaldonun komanda yoldaşı ola bilər

Hazard Ronaldonun komanda yoldaşı ola bilər
DÜNYA FUTBOLU 7 Yanvar 2023 / 12:41 2384
-  A +

"Əl-Nəsr" daha bir avropalı ulduzu heyətinə cəlb etmək niyyətindədir.

Qol.az "Footmercato"ya istinadən  xəbər verir ki, "Real"ın futbolçusu Eden Hazard Səudiyyə Ərəbistanı təmsilçisinə keçə bilər. Klubun baş məşqçisi Rudi Qarsiya onun transferini istəyir. Belçikalı yarımmüdafiəçinin yayda "Əl-Nəsr"ə transferi mümkündür.

 Qeyd edək ki, Qarsiya Hazardla "Lill"də çalışıb.

Xatırladaq ki, "Əl-Nəsr" dekabrda Kriştiano Ronaldonu transfer edib.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
09.07.25  13:19

"Kəpəz"də ayrılıq