"Mançester Yunayted" "Everton"a qalib gəldi

"Mançester Yunayted" "Everton"a qalib gəldi
DÜNYA FUTBOLU 7 Yanvar 2023 / 02:11 3348
-  A +

İngiltərə kubokunda 3-cü turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, "Mançester Yunayted" bu mərhələdə "Everton"la qarşılaşıb. Görüş "qırmızı şeytanlar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da "Mançester Yunayted" növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, "Mançester Yunayted" tarixində 12 dəfə İngiltərə kubokunun qalibi olub. 

"Mançester Yunayted" - "Everton" - 3:1

Qollar: Antoni, 4, Koadi, 52-avtoqol, Reşford, 90+7 - Koadi, 14


Son xəbərlər
15.09.25  16:51

FİFA-dan yeni qərar

15.09.25  10:58

“Turan Tovuz”da ilk