Ronaldo bu gün debüt edəcəkmi?

Ronaldo bu gün debüt edəcəkmi?
DÜNYA FUTBOLU 6 Yanvar 2023 / 18:54 2684
-  A +

"Əl-Nəsr"in yeni transferi Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 12-ci turunda bu gün keçiriləcək “Əl-Tay”la oyunu buraxacaq.

Qol.az xəbər verir ki, o, sözügedən görüş üçün iştirak ərizəsindən kənarda qalıb.

Klub komandanın ərizəsində əcnəbi oyunçu limitini keçdiyinə görə 37 yaşlı portuqaliyalı hələ "Əl-Nəsr"də oynamaq hüququna malik deyil.

Qeyd edək ki, Ronaldo dekabrda "Əl-Nəsr"lə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb.

Xatırladaq ki, "Əl-Nəsr" - "Əl-Tay" qarşılaşması Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
09.07.25  13:19

"Kəpəz"də ayrılıq