"Əl-Nəsr"in yeni transferi Kriştiano Ronaldo 2 oyunluq cəza səbəbindən klubun qarşıdakı oyunlarında iştirak edə bilməyəcək.
Qol.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Ronaldo cəzalı olduğu üçün "Əl-Nəsr"in yanvarın 5-də və 14-də keçiriləcək "Əl Tai" və "Əl Şabab"la matçlarında oynamayacaq. Buna səbəb İngiltərə Futbol Assosiasiyasının noyabrda portuqaliyalı hücumçunu apreldəki insidentə görə iki oyunluq cəzalandırmasıdır.
37 yaşlı portuqaliyalının cəzasını çəkməyə vaxtı olmayıb, çünki onun barəsində qərar “Mançester Yunayted”lə müqaviləyə xitam verildikdən bir gün sonra verilib. FİFA qaydalarına əsasən, əvvəlki liqalarda cəza müddətinin sonuna kimi oynamayan futbolçular yeni çempionatda ilk oyunları buraxmalıdırlar.
Beləliklə, o, yanvarın 21-dək “Əl-Nəsr”də oynaya bilməyəcək. Daha sonra komanda "Əl-İttifaq"la qarşılaşacaq.
Ronaldo dekabrın 30-da "Əl-Nəsr"lə 2025-ci ilin yayına kimi müqavilə imzalayıb.
Xatırladaq ki, portuqaliyalı futbolçu ötən mövsüm İngiltərə Premyer Liqasının 32-ci turunda "Everton"a 0:1 hesabı ilə uduzduqları matçdan sonra paltardəyişmə otağına gedən zaman azarkeşlərdən birinin telefonunu sındırdığı üçün 2 oyunluq cəzalandırılmışdı.
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı
“Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
Almaniya millisinin oyunlarını buraxacaq
Hər uğursuzluqda qaçıb gizlənməyən klub rəhbəri…
"Arsenal"dan ayrılmaq istəyir
Salah şəkil çəkdirdi, ərazi turist mərkəzi oldu - Video
Azərbaycanın iki boksçusu mərhələ adladı - Avropa çempionatı
Əfsanənin vida forması - Video
İngiltərə millisinə getməkdən özü imtina edib?
“Mançester Yunayted”də itki
Atasının yolu ilə
Premyer Liqa klubundan maraqlı addım - Şəkil
Ukraynalı məşqçi Azərbaycana qayıdır - Bu klubla razılaşdı
Cəlal ehtiyatda qaldı, komandası qalib gəldi
“Dinamo”dan əzmkar qələbə - Video
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı