Xorvatiya millisinin futbolçusu Yoşko Qvardiol yeni rekorda imza atıb.
Qol.az "Opta Sport"a istinadən xəbər verir ki, o, buna DÇ-2022-nin 3-cür yer uğrunda Mərakeşə qarşı hazırda davam edən görüşdə nail olub. Qvardiol 5-ci dəqiqədə komandasının ilk qolunun müəllifi olub. Beləliklə, müdafiəçi mundiallar tarixində turnirdə qol vuran ən gənc xorvat futbolçu adına yiyələnib. O, bunu 20 yaş 328 günlüyündə bacarıb.
Qeyd edək ki, bundan əvvəlki rekord İvitsa Oliçə (22 yaş 267 gün, DÇ-2002) məxsus idi.
Əlavə edək ki, hazırda ikinci hissəsi oynanılan görüşdə Xorvatiya 2:1 hesabı ilə öndədir.
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol! - Video
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşdi
Qurban müəllim onu sərgi eksponatına çevirib!
Mahir Emrelinin komandası da mərhələ adladı
Ayrılan kimi "Fənərbaxça"ya rəqib oldu
Ronaldo saçını narıncı rəngə boyadı - Şəkil
“Qarabağ” qalib gəlib “pley-off”a yüksəldi!
"Lester" klubu satışa çıxarıldı
Haaland 4 rekordla "Ginnesin Rekordlar Kitabı"nda