İspaniya millisinin sabiq üzvü Andres İnyesta komandanın DÇ-2022-dəki çıxışı haqda danışıb.
Qol.az xəbər verir ki, o, "Marca"ya müsahibəsində "Luis Enrikenin komandasından daha çox şey gözləyirdinizmi" sualını belə cavablandırıb:
“Gözlənilən sözünün düz olduğuna əmin deyiləm, amma futbolçulara və məşqçiyə inamım olduğu üçün komandanın uzağa gedəcəyini zənn edirdim. Lakin bu dünya çempionatıdır. Əgər sizin gününüz deyilsə, deməli pley-offdan kənardasınız. Hər matç çətin olur, amma təbii ki, daha çox uğur görmək istərdik. Bu nəticə bizim üçün bundan sonra faydalı olacaq.
2010-cu il dünya çempionatından sonra yolumuz çətin oldu. Braziliyada qrupdan çıxa bilmədik, Rusiyada 1/8 finalda mübarizədən kənarlaşdırıldıq”.
Xatırladaq ki, İspaniya 1/8 finala Mərakeşə penaltilər seriyasında uduzub. Komanda turnirlə vidalaşdıqdan sonra baş məşqçi Luis Enrike istefaya göndərilib.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi